Haruki Murakami - Qoyun ovu (1-ci hissə)



Haruki Murakami - A Wild Sheep Chase
 Харуки Мураками - Охота на овец
1995-ci il, Prinston, Nyu Cersi. Haruki Murakami Universitetdə mühazirə oxuyur. Dünyanın ən qeyri-yapon yaponunu dinləmək üçün çoxlu tələbələr - filoloqlar, ədəbiyyatşünaslar, digər ixtisasların tələbələri, digər universitetlərdən və hətta digər ştatlardan gələnlər də var. necə deyərlər iinə atsan yerə düşməz. Yazıçı ana dillilərdən fərqli olaraq ingilis dilində bir qədər asta danışır. Buna baxmayaraq yapon dilində olduğu kimi ingilis dilində də sözləri dəqiqliklə seçir. Nəticədə nitq çox dolğun və ətraflı alınır. Sualların vaxtı gəlib çatır. Kimsə yazıçının süjetin üzərində necə çalışdığı haqda, kimsə də müasir yapon ədəbiyyatında olan tendensiyalar haqda maraqlanır. Sual verənlərdən üçüncüsü isə iti baxışlı və kəskin jestli qız olur: - Cənab Murakami. doğrudur ki... - ani fasilə yaranır. - Bu doğrudur ki, sizin qoyun patriarxal nizam-intizamda formalaşan sosiumumuzun ibtidai feministik başlanğıc simvoludur? qız qələbə ədasıyla geri çəkilir və sözlərinin təsdiqi gözləməyə başlayır. Yarımminlik auditoriya okeanda ton balığı yığıan gəminin buzxanasında donan kimi donub qalır. Küçədə 90-cı illərin politkorrekt Amerikasıdır. Yazıçının düz qarşısında, birinci sırada yazıçının hər sözünü qeydə alan onlarla səsyazan var. Təxmini olaraq 5 saniyə düşünür. Daha sonra günahsız baxışlarını sual soruşana istiqamətləndirir: - Yox - dərin təbəssüm ilə Murakami cavab verir - qoyun elə sadəcə qoyundur. 
Həmişə olduğu kimi bu dəfə də Murakaminin növbəti əsərini oxuyub bitirdikdən sonra yazdığım yazıda insanlarla bölüşmək istədiyiklərim haqda açıq-aydın, müəyyən fikir sahibi deyiləm. Mən insanlara nəyi deməliyəm? Nəyi bölüşməliyəm? İnsanlar bu dəfə niyə Murakamini oxumalıdırlar? Murakami Tolstoyun, Dostoyevskinin, Kafkanın, Folknerin, Saramaqonun və digər klasiklərin toxunmadığı, görmədiyi, bilmədiyi nələri yazıb? Bax bütün bu suallar məni çətinliyə salsa da, yenə də çalışıram Murakamidən aldığım təəssüratların bir hissəsini bölüşüm. Çünki Murakami bədii ədəbiyyat aləmində həqiqətən də özünəməxsus, fərqli və yenilikçi xarakterə sahib yazıçıdır. Onun əsərləri insanı yeni düşüncə imkanlarına qovuşdurur, üçüncü göz bəxş edir, özümüzü kəşf etməyə sövq edir. Murakami vasitəsi ilə əslində biz öz daxilimizə nəzər salmaq üçün təkrarsız şans əldə edirik. Bununla da bədii ədəbiyyatın o möhtəşəm funksiyasını işə salırıq. Odur ki, gəlin baxaq görək Murakami "Qoyun ovu"-da nələr edib. 

1981-ci ilin oktyabr ayında Murakami "Qoyun ovu" üçün zəruri tədarükünü etmək üçün Hokkaydo adasına yola düşür. Eynilə əsərin baş qəhrəmanı kimi. Baş qəhrəman da çox mistik məqsədlər üçün Hokkaydo adasına yola düşməli olur. "Lənətli döngə"-ni keçib getdikdən sonra "Güzgü dünyası"-nda mənzil başına çatan qəhrəmanımız, xüsusi malikanədə psixi yenidəndoğulma yanaşır. Etdiyi bütün hərəkətlər yad birisinin iradəsinin tələbi idi və yad arzu və istəklərin ödənilməsinə çalışırdı, amma əsər özü olduqca maraqlı, daha çox müşahidəçi nəzər nöqtəsini əks etdirən tərzdə start götürmüşdü: Onun ölümü haqda mənə köhnə tanışım xəbər etdi. Söhbət kimlə gəldi yatan qızdan gedir. Elə bu dəm biz özünü itirmiş nəslə verilən işarələri görürük. O nəslə ki, özünü itirmək üçün müəyyən təbii və antropogen fəlakətlərə, müharibələrə və böhranlara ehtiyac duymur. Bu məsələyə yenidən qayıdacağıq. Daha sonra romanın əsas qəhrəmanı olan "mən" haqda bəzi məlumatlar alıb onun daxili dünyası ilə tanış olmağa çalışırıq. Onun motivsiz və xaotik həyatı ilk baxışda bir o qədər də maraq cəlb etmir. O, da praktiki olaraq kimlə gəldi yatır və arvadından açıq-aydın səbəb olmadan boşanır. Günlərin bir günü isə köhnə dostundan qeyri-adi şəkil alır. Bu şəkil onu inanılmaz macəraların mərkəzinə atır. Əsl ölüm-dirim hadisələri baş verməyə başlayır.

Söhbət həqiqətən də qoyundan gedir. İnfernal canlı adlandıra biləcəyimiz bu canlı, qoyun timsalında bəşəriyyətdə yeni
nizam-intizam qurmaq istəyir. Bu məqsədlə o müxtəlif insanların daxilinə onların icazəsini alaraq daxil olur, məskunlaşır və öz məqsədlərini reallaşdırmağa başlayır. Sensey adlı və ya ləqəbli şəxs vasitəsi ilə buna praktiki olaraq nail olur: Tərəfimizdən imperiya yaradılıb - ani olaraq o, davam etdi. - Güclü kölgə imperiyası. Əlimizdə insan fəaliyyətlərinin ən müxtəlif növləri cəmləşib. Siyasət, maliyyə, kütləvi informasiya, məmurlar, mədəniyyət və digər sənin təsəvvür edə bilmədiyin nələr və nələr. Hətta bizə qarşı olanlar belə əlimizdədir. Bu hakimiyyətin tərəfdarlarından tutmuş əleyhadarlarınadək hamı nəzarət altındadır. Onlardan çoxusu heç şübhələnmirlər ki, taleləri bizim əlimizdədir. Təşkilat qurulub və qorxulu metodları səsləndirmədən onu demək lazımdır ki, möhtəşəm dəqiqliklə işləyir. İmperiyanı Sensey təkbaşına, müharibədən dərhal sonra özü yaradıb. Odur ki, imperiyanı gəmi ilə müqayisə etsək, Sensey gəminin tək və yek başçısı, saxlayanadır. Şlüzü açmağı bəs edər ki, gəmi batmağa başlasın. Sərnişinlər vəziyyəti dərk etməyə vaxt çatdırmadan gəmi dənizin dibində olacaq. Elə bu vaxt axır ki, siqaretini yandırdı. - Buna baxmayaraq bizim hakimiyyət kimi hakimiyyətin belə axrı gəlib çatır. İmperiyanın sonu onun imperatorunun ölümü ilə baş verir. 

Yuxarıdakı cümlələrdən biz konspirasiya nəzəriyyələrində bəhs olunan pafoslu və populyar mövzuların ədəbi formasını görürük. Məsələyə bir az da dini nöqteyi-nəzərdən yanaşdıqda həmin bu "qoyun" şeytanın bir təzahür forması kimi də görsənir. Bəlkə də, bu doğru yanaşma deyil, amma nədənsə mən buna daha çox klassik dini, başqa sözlə şeytan kimi qəbul etməyə meyilliyəm. Hansı prizmadan baxırıq baxaq, ortadan mistika və sürrealizm var. Fəlsəfi macəralar müasir insannın daxili boşluğu ilə özdəşləşir və onu hərarətli təsəvvür oyunlarına tətikləyir. Eyni zamanda Murakaminin müəyyən qədər spekülasiya etdiyini də hiss etmək olar. 

Yol, döngə və keçidlər haqda yuxarıda qeyd etdik. Murakami qəhrəmanlarını anti-dünyaya keçirmək, onları şəxsi
problemlərindən uzaqlaşdırmaq və sonda qlobal problemlərin, məsələləsin həllində iştirak edən obraza çevirmək üçün müxtəlif yollardan, döngələrdən və keçidlərdən istifadə edir. "Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu" əsərində belə döngü şəhərin altı ilə axan çayın Omut çayı ilə qovuşmadan öncə iti bucaq altında aşağı tökülməsi, "Norveç meşəsi"-ndə bu özünü "Amiryö" hospitalına gedərkən yolun ani olaraq dönməsi şəklində biruzı verir. Bütün əsərlərdə qəhrəmanların belə "yol macəraları" vardır. Diqqətli olmaq lazımdır. Yaradıcı insanlar bizlərə bu üsul və vasitələrdə dəyərli ismarıclar ötürürlər. 


Qəhrəmanımızın başlanğıc nöqtəsi aldanış, vardığı nöqtə isə xaos oldu. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi