Şolom-Aleyxem - Südçü Tevye

 Шолом-Алейхем - Тевье-молочник 

Yəhudi südçü Tevyenin həm kədərli, həm də məzəli, lakin olduqca müdrik hekayələri demək olar ki, bütün dünyanı fəth etmiş və təşrif buyurduğu yerdə oxucuların rəğbətini qazanıb. Əsər dəfələrlə müxtəlif dillərə tərcümə olunub və ekranlaşdırılıb. A.V. Lunaçarskiy yazır: Şolom-Aleyxem gülüş ustadıdır. O, millətin ən köklü dərdlərini gülüşlə üzə çıxarır. 

Rusiyada əsasən uşaq ədəbiyyatı müəllifi kimi tanınan Şolom-Aleyxemin bu əsəri haqqında çox söz demək olmur, amma nədənsə Rusiya ədəbi çevrələrində əsər haqda təəssüratlar yüksəkdir və hətta layiq olduğundan daha çox qabardılır. Ümumiyyətlə isə yəhudi bədii ədəbiyyatı ilə Panait İstrati yaradıcıllığından tanışam. "Perlmutter ailəsi" əsərini oxuyanda mən, sanki, tamamilə yeni janr və tərzdə ədəbi əsər oxuduğumun şahidi olmuşdum. Bəli bu həqiqətən də belə idi, çünki yəhudilərin ədəbiyyata olan yanaşmaları tam fərqlidir. Yəhudi yazıçılarının əsərlərində birmənalı şəkildə ailə-məişət və ilahi zəmində olan əzab-əziyyət, işgəncə çəkən insanların hekayələrindən bəhs olunur. Bunun kökündə isə onların tarixi-dini ənənələrinin bu prinsiplər üzərində qurulması dayanır. Panait İstratinin "Perlmutter ailəsi" haqda dostumun dediyi bir cümləlik fikir hələ də yadımdan çıxmır: "Ordan-burdan oxudum, heç ürəkaçan kitab deyil. Hərəsi bir tərəfdə qırılır.".  Bu fikir ona görə doğrudur ki, yəhudi yazıçılar cəmiyyətlərinin güzgüləri olaraq uzun müddət zəlil və zəif insanlar kimi bədii obrazlar yaradıblar. Müasir dövrümüzdə bu məqam bir o qədər də aktual olmasa da, ədəbi ənənələr üçün yetəri qədər zaman keçmədiyindən, bu tendensiya özünü qoruyub saxlayır. 
Arvad elə arvad olaraq da qalacaq! Yaxşı ki, çoxarvadlılıq artıq dəbdən düşüb. 
Mahiyyəti etibari ilə Tevye də həmin obrazlar sırasındadır. Əsərin süjet xətti düzxətli istiqamətdə formalaşır: qızlarını növbə ilə ərə verən Tevye, mahiyyətcə elə özü də qızları ilə birlikdə hissələrə bölünür. Onların zamanla yaranan problemlərinin ağırlığını çiyinlərinə götürür. Unikal bacarıq olaraq çox sadə problemləri mürəkkəbləşdirir və improvizə edir. 
Niyə görə insanlar belə kobuddurlar? Onlar bəyəm xeyir işlərlə məşğul ola bilməzlər? Niyə görə onlar yaxşı və xoşbəxt yaşaya biləcəkləri halda, başqalarının və özlərinin həyatını məhv edirlər? 
Nəzərə alsaq ki, əsər 1916-cı ildə yazılıb, onda Tevyenin Fələstinə yola düşmək qərarını verməsi bizə qəribə gəlməməlidir. Müasir İsrail-Fələstin sərhədləri İkinci Dünya Müharibəsi ərəfəsində formalaşıb. Buna baxmayaraq Tevye Fələstinə getmir. Doğulub böyüdüyü doğma Ukraynada qalır.
Nə deyirsiz deyin, ata-baba yurdudur. Burada böyümüşəm, bütün həyatım boyunca əziyyət çəkmişəm və buyurun da birdən-birə getmək! Kim nə deyir desin bu ağrılıdır! 
Sözün düzü, "Südçü Tevye"-ni mənə yaddaqalan edən digər məqam da o oldu ki, yazı üslubu olduqca mürəkkəb idi. Əsərdə həm köhnə dövrlərin cümlə quruluşları, həm də sözləri var. Çətinlik çəkmək normaldır. 

"Südçü Tevye" mənə bir daha başa saldı ki, yəhudi ədəbiyyatı ilə məşğul olmağa dəyməz. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi