Sağ qalmışlar - The survivors
    Filmin rusca adı: Школа выживания  Filmin ingiliscə adı: The Survivors     Əvvəlki yazılarımda da qeyd etmişdim ki, Robin Williamsın bütün filmlərini izləmək kimi bir məqsədim var. Elə bu yaxınlarda bu filmi izlədim və gənc Robinin və təcrübəli Walter Matthaunun rollarının öhdəsindən necə də gözəl gəldiklərinin şahidi oldum. İlk öncə film mənə mənasız gəlirdi. Belə ki, 80-ci illərin komediyası, bürokratiya, militarizm, cəmiyyətin mövcud və gələcəkdəki durumu, kapitalizmin, cəmiyyətdəki fərdlərarası aqresiyyanın nəticələri göstərən bir film, lakin metroda, dərsdə bu film haqqında düşünərkən, bizi əhatələyən reallıqların necə də gözəl formada filmləşdirildiyi nəticəsinə gəldim.