Chinese Coffee - Çin Kofesi - Китайский кофе

Çox maraqlı bir filmdi. Bəlkə də bir çoxları mənim bu yazıma görə filmi izləyəcək. Sonra da mənə hirslənəcəklər. Niyə? Çünkü özüm də filmin ilk dəqiqələrindən etibarən filmi çox da bəyənməmiş və başa düşməmişdim. Sonra nə oldu? Sonra bir az düşündüm. Daha dərindən analiz edib, real həyata uyğunlaşdırmağa çalışdım. Filmin özü də getdikcə daha da səmimiləşir.Film iki “dost”un söhbətindən və xatirələrindən ibarətdir: pul, insanın cəmiyyətdə yeri, sevgi, dostluq elə həyatın özü. Onlardan birisi – Harry, orta yaşın krizisini yaşayan, özünə verilənləri itirən uğursuz bir yazıçıdır (Drayzerin Kerri bacı əsərindəki Cənab Corc Qerstvudu xatırlatdı). Digəri Ceyk – inandırmağı bacaran və ətrafındakıları çox yüksək səviyyədə motivasiya etməyi bacaran kişidir. Onun da içində Harry də olduğu kimi boşluq var. Ceyk Harrydən də qarışıq şəxsiyyətə sahibdir. Bu ikisi bir gecə Ceykin evində görüşürlər. Bir tərəfdə yazıçı-uğursuz, digər tərəfdə fotoqraf-uğursuz. Bu ikisinin söhbəti bir-biri ilə döyüşən ...