Sunday, 31 March 2013

Robert Kiyosaki - Varlı ata, kasıb ata


Kitabın rusca adı: Роберт Кийосаки, Шэрон Лечтер - Богатый папа, Бедный папа
Kitabın ingiliscə adı: Robert Kiyosaki - Rich Dad Poor Dad

There's no money in poetry, but then there's no poetry in money, either.
Robert Graves

Wednesday, 27 March 2013

Qurban Səid - Əli və Nino


Qərb Qrəbdir, Şərq isə Şərq və onlar yer ilə göyün qorxulu məhkəməsinə qədər yerlərindən tərpənməyəcəkələr. - R.Kiplinq - Qərb və Şərq Haqqında Ballada.

         Təqdimat - 20-ci əsrin heç bir romanı bu qədər sirli deyil. "Əli və Nino" romanı birinci dəfə alman dilində çap olunmuşdur. Daha sonra əsərin əlyazması sirli formada qeyb olmuşdur və hələ də axtarışdadır. "Qurban Səid" adı altında kimin gizləndiyi ilə əlaqədar ədəbiyyatşünaslar hələ də baş sındırırlar. Romanın müəllifi hər kim olursa olsun, bir şey açıq-aşkardır: roman keçən əsrin əvvəllərində Qafqazda və İranda baş verən ən dramatik və romantik hadisələrdən bəhs edən bir əsərdir. İlk dəfə Almaniyada çap olunan bu kitab bu gün bütün dünyada oxunur və bəyənilir. (livelib.ru)

Tuesday, 26 March 2013

Hudzonda Moskva - Moscow on the Hudson - Москва на Гудзоне


Baş  Rollarda - Robin Williams, Maria Conchita Alonso, Cleavant Derricks
Rejissor - Paul Mazursky
Ssenari müəllifləri - Paul Mazursky, Leon Capetanos
Janr - Komediya, drama, romans
İl - 1984

Sunday, 24 March 2013

Haruki Murakami - After Dark - Послемрак


Kitabın ingiliscə adı: After Dark
Kitabın rusca adı: Послемрак
Kitabın yaponca adı: アフターダーク; Afutā Dāku
Janr: Magik Realizm (müasir)
Ümumi xarakteristika: Fəlsəfə, Psixologiya, Sosiologiya
Başvermə yeri: Şərqi Asiya - Yaponiya
Süjet forması: Düzxətli-paralel
Yaş Məhdudiyyəti:Böyüklər üçün - 18+ (16+ da olar)

         Süjet: Bütün hadisələr Tokionun mərkəzində bir gecədə baş verir. Baş obrazlar: 19 yaşlı tələbə qız Mari, kafedə kitab oxuyaraq gecəsini keçirir. Orada o, trambonda ifa edə tələbə Takaxasi ilə tanış olur. Takaxasi Marinin bacısı Erini tanıyır. Bu arada Eri dərin yuxudadır. Mari (Meri) keçmiş güləşçi və hazırki otel administratoru Kaoru ilə və kompyuter eksperti tərəfindən həmin oteldə döyülən bir çinli fahişə ilə tanış olur.
         Müxtəlif tərəflərə səpələnən obrazlar. Onlardan bəziləri tələsir, bəziləri isə heç bir yerə tələsmirlər. Bəzilərinin məqsədləri var, bəzilərinin isə yoxdur. Bəziləri vaxtın tez keçməsini, bəziləri isə heç keçməməsini istəyir. Buralarda gecələr fərqli olur. Buna öyrəşdiyimiz gecə terminini aid etmək olmaz. Bizim səbrimiz tükənir. Bir çox şeyi özümüz  yaşamaq istəyirik.

Friday, 22 March 2013

Oyuncaqlar - Toys - Игрушки


Baş  Rollarda - Robin Williams, Michael Gambon, Joan Cusack, Robin Wright
Rejissor - Barry Levinson
Ssenari müəllifləri - Valerie Curtin, Barry Levinson

Thursday, 21 March 2013

Bernard Werber - Qarışqalar


Kitabən türkcə adı - Karıncalar
Kitabın rusca adı - Муравьи
Kitabın ingiliscə adı - Empire of the Ants
Kitabın fransızca adı - Les Fourmis

Ən yaxşı ideyaları yaratmaq üçün, gərək insan təfəkkürünün sərhədlərini aşasan. 

Wednesday, 20 March 2013

Tələbə Psixologiyası


         Bundan öncə də psixologiyaya aid bir çox mövzularda yazmaq istəmişəm, amma hamısı yarımçıq qalmışdır. Səbəb isə haradan başlayıb haradan qurtaracağımı bilməməyim olmuşdur. Bu problemi aradan qaldırmaq üçün, mövzunu bir neçə alt başlıq formasında sizə təqdim edəcəm. Alt başlıqların sayı az da ola bilər, çox da ola bilər. Bunun bir mənası yoxdur. Diplom işi kimi mövzuya 3-4 səhifəlik bir şey yazıram. Əsas olan sizin faydalanıb, faydalanmamağınızdır. Odur ki, uğurlu qiraətlər.

Tuesday, 19 March 2013

Qarışqaların Fəryadı - Крик муравьев - Scream of the Ants


         Süjet: Tanrının varlığına inanan bir qadın ateistə aşiq olur. Dini fərqlilikləri onlara nigaha daxil olmasğa mane olmur. Toydan sonra onlar bal ayını Hindistanda keçirmək qərarına gəlirlər. Bu bal ayından daha çox fəlsəfi səyahətdir (bəyəm hər səyahət fəlsəfi deyilmi?). Onlar mükəmməl insanı axtarırlar. Bəli o, mövcuddur. O, sizə də kömək edəcək. Sadəcə axtarıb tapın. Yüngülləşəcəksiniz (Filmin mövzusuna görə o İranda qadağan olunub və çəkilişlərini də ölkə ərazisində qarşısı alınıb.).
         Resenziyam: Həmişə belə bir filmə baxmağı istəmişəm. Filmə birinci dəfə baxandan sonra hər şey mənə tam aydın olmasa da, başa düşdüm ki, bu mən axtardığım filmdi. Filmin mövzusuyla əlaqədar çox şeylər oxumuş, çox adamlarla söhbət etmişəm. Film isə bu motivləri daha yaxşı aydınlatdı.

Sunday, 17 March 2013

Haruki Murakami - Mənim Sevimli Peykim

            Kitabın ingiliscə adı: Sputnik Sweetheart
Kitabın rusca adı: Мой любимый sputnik

Sinopsis: Yalnızlıq. İtki. Məna axtarışı. Məhəbbət üçbucağı. Mistika. Ayrılıqlar. Yuxu dünyası. Kosmik peyklər. Yerdəki peyklər. Rasional ağlın qayğılanması. Qeyb. Sərhəd. Geri dönüş. Seçim.
Süjet: Yazıçının sözlərinə görə bu kitab normal insanların başına gələn anormal hadisələr haqqındadır. Süjet sadə, amma qeyri-banaldır. Roman sadə və təbii dillə, çoxlu metaforalı, obrazlı və ədəbidir. Özlərini bir birilərində axtaran 3 obraz və reallıq və fantastika arasında olan körpü. Orta məktəb müəllimi K, yazıçı olmaq istəyən Sumireyə vurulub. Sumire isə biznesvumen olan Myu ilə rastlaşır və ona aşiq olur. Myu ilə birlikdə səyahətdə olarkən, Sumire qəflətən qeyb olur. Axtarışlara K da cəlb olunur və özünü qəribə bir mühitdə tapır və eyni zamanda Myunun şəxsiyyət ikiləşməsinin şahidi olur. Daha sonra isə....

Wednesday, 13 March 2013

Michael J. Behe - Darvinin Qara Qutusu - Darwin's Black Box


1996-ci ildə Michael Behe, Darvinə qarşı “ağıllı dizayn” hərəkatını başlatdı. Darvinin qara qutusu kitabı National Review tərəfindən, 20-ci əsrin ən yaxşı 100 kitabı siyahısına daxil edildi. Təkamülə qarşı bir çox elmi işləriylə bu anlayışı işfa etməsinə baxmayaraq, sonradan təkamülün geçərliliyini qəbul etdi.
Çarlz Darvin haqqında çox eşitsəm də, onun haqqında və nəinki onun haqqında, ümumiyyətlə biologiya elminin əsrarəngizliyinin 11-ci sinifdə oxuyarkən, mərkəzləşdirilmiş imtahana xalamla (xalam biologiya müəlliməsidir) birlikdə hazırlaşarkən fərqinə vardım. Həmin dövrdə öyrəndiyim bəzi sadə və eyni zamanda da mürəkkəb məlumatlar mənim üçün çox vacib yenilik oldu. Mən bu gün dünya haqqında məhz həmin dövrdə əldə etdiyim biliklər çərçivəsində dəyərləndirmələr edir və yeni şeylər öyrənməyə can atıram. Elə buna görə də orta məktəb təhsili insan şəxsiyyətinin formalaşmasında inanılmaz dərəcədə əhəmiyyət kəsb edir. Bu əhəmiyyətin müqabilində isə hal-hazırdakı vəziyyət heç də ürəkaçan deyil. Bu artıq ayrı mövzudur.

Monday, 11 March 2013

Şərik - The Associate - Компаньон


Təqdimat: Maliyyə analisti Lorel Ayris, pullarla əlaqədar hər şeydə çox ağıllı, bacarıqlı və istedadlıdır. Wall Street-də karyera pillələrini inamla addımlamaq üçün, belə görünür ki, o, hər şeyə sahibdir, lakin Lorel, kolleqası, rasist Frenk ucbatından irəliləyə bilmir. Biznes dünyasında da digər sahələrdə olduğu kimi özbaşınalıq və ədalətsizlik hökm sürür. Buna baxmayaraq, məhz bu gözlənilməz döngələr ona maliyyə olimpinə gedən yolu göstərir. O, çox riskli və dahiyanə plan hazırlayır. Lorel hamını inandırır ki, onun şəriki çox vacib, tanınmış və ağ bir kişidir (rasizmin biznes dünyasındakı təzahürü). Beləliklə, Frenk bəzi şeylərin fərqinə varıb yenə də fırıldaqçılıqla məşğul olana qədər, “Robert S. Katti” adı altında yaradılmış illüziya ilə Lorel böyük işlər gördü.

Sunday, 10 March 2013

Niall Griffits - Kötük


Kitabın rusa adı: Культя - Нил Гриффитс
Kitabın ingiliscə adı: Niall Griffiths - Stump

Təqdimat: Niall Griffiths 1966-cı ildə Liverpulda anadan olub, daha sonra Aberystwyth şəhərinə köçüb. Hər iki şəhər onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Bu şəhərlərdə Uels (Welsh) mühiti Griffiths-i əməllicə təsirləndirib.
Ailəsinin kökən olaraq Uelsin Toxteth tərəflərindən olması da onun baxışlarını şəkilləndirib. Kitabların olmadığı bir evdə böyüməsinə baxmayaraq Niall acgözlüklə oxuyarmış. Sözəbaxan uşaq olmadığına görə onu cəzalandırmaq məqsədilə anasının doğulduğu kəndə göndərirlər, lakin bu hadisə Griffiths-in qarşısında qeyri-adi imkanlar açır.
Gələcək yazıçının həyat materialı toplaması üçün bu yerlər əvəzsiz rol oynayır. Sonralar qısamüddətli olaraq bir işdən başqasına keçməklə illərini xərcləsə də, yenə də gələcək əsərləri üçün material toplamaq baxımından mənasız ötüşməyib. Griffiths-in romanlarında gördüyümüz nəsibsiz insanların, marginal təbəqənin həyatının təsviri buradan qaynaqlanır.

Saturday, 9 March 2013

Pinin Həyatı - Life of Pi (2-ci yazı)



Bu dəfəki yazımda “Life of Pi” filmiylə əlaqədar maraqlı faktlar və araşdırmaları və yeni sitatları oxuyacaqsınız. Mən özüm bu məlumatları həvəslə öyrəndim. Odur ki, sizinlə də bölüşüm. Belə ki: 1) Original romanda olduğu kimi, filmdə də gəminin adı “Tsimtsum”-dur. Bu söz yahudi mənşəlidir və 16-cı əsrdə məşhur kabalist İsaq Luriya tərəfindən, sonsuz Allahın sıxılması nəticəsində əmələ gələn boşluğu ifadə etmək üçün yaradılmışdır. Romanda Pi, Luriyanın yaradılış ilə əlaqədar olan fikirlərindən dissertasiyanı xatırladır. Filmdə isə, o, sadəcə universitetdə kabaladan mühazirə oxuduğunu deyir və Luriyaya toxunmur. 2) Pisin Molitor Patel (Pi), Fransada yerləşən hovuzun şərəfinə adlandırılmış personajdır. Bu hovuz “Rolan Harros” və “Park De Prens” stadionlarının arasında yerləşir. 1989-cu ildə bağlanmasına baxmayaraq, 1990-cı il 27 mart tarixində hovuz Fransanın tarixi abidəsi statusunu qazanmışdır. 3) Romanın müəllifi Yan Martel, braziliyalı yazıçı, Moasir Sklyarın “Maks və Pişikkimilər Ailəsi” əsərini oxuduqdan sonra “Pinin Həyatı” əsərini yazmağa ilhamlanıb.  Belə ki bu əsərdə (Maks və Pişikkimilər Ailəsi) bir yəhudi-alman qaçqınının Atlantik okeanını bəbirlə birlikdə keçməsi təsvir olunur. 4) Baş rolu ifa etmiş Surac Şarmanın bu rola seçiləcəyini heç kim ehtimal etmirdi. O, kastinqdə qardaşı ilə birlikdə məşq edirdi və Anq Linin komandası belə qərara gəlir ki, onu seçsinlər. 5) Riçard Parker adının olduğu və son zamanlarda çəkilmiş digər bir film, “Yeni Hörümçək Adam” filmidir. 6) Pi və yazıçı birlikdə Monreal limanında oturub söhbət edərkən, onların qarşısından Mignonette gəmisi keçir. Bu gəmi məşhur ingilis kriminal hekayəsi olan “R v Dudley and Stephen” hadisələrində adı keçən yaxtalardan birisidir. Yan Martel Riçard Parker adını məhz bundan təsirlənərək seçib. 7) Filmdəki ada Hindus ilahəsi olan Vişnu formasıdır. Bunu adanı profildən təsvir edərkən sezmək mümkündür. 8) Riçard parker adıyla əlaqədar digər uyğunluq, Edqar Allan Ponun “Artur Qordon Pimin maceraları” povestində var. Belə ki Riçard Parker bu povestdə qəzadan sağ çıxmış dənizçiydi, lakin onunla birlikdə sağ qalmış digər 3 heyət üzvü həyatda qalmaq üçün onu yedilər (filmdə bəzi səhvlər də var. Belə ki, Riçard parker filmin sonunda sahilə çıxdıqdan sonra onun yerişləri qumun üzərində iz qoymur. Bir digər səhv isə, qayıqda olarkən Riçard Parker çaqqalı öldürdükdən sonra çaqqalın bədəninin anidən qeyb olmasıdır).

Thursday, 7 March 2013

Pinin Həyatı - Life of Pi (1-ci yazı)

 İnanılmaza inan - «Поверь в невозможное»

Filmin janrı haqqında söz demək lazımdırsa, bu dram elementləri olan film-pritçadır. Filmin əsas ideyası Allaha olan inamdır. İnamın fiziki və mənəvi sınaqlara məruz qalması və onun ekstremal şəraitlərdə necə sağ qalmağa kömək etməsi. Filmin ilk dəqiqələrində məni narahat edən ən önəmli mövzuya – dinlər mövzusuna çox fərqli baxışı görürük. Pi Patel  politeistdir. O,  həm buddist  həm xristian həm iudaist həm də müsəlmandır. Bəlkə də bu sizə qəribə gələcək, amma şəxsən mənə qəribə gəlmir. Vaxtiylə Qandi də özünə həm hindus həm xristian həm də müsəlman deyirdi. Əsas olansa dinin həyat yolunu tapmaqda insana kömək etməsidir. Təəssüf ki, dinlər insanları bir-birilərinə yad edib. Pinin belə olmasında böyük rol onun rasional və demokratik ailəsini oynamışdır. Belə ailələr azdır. Filmi izləsəz ya da artıq izləmişsəniz onun ailəsinin necə də sağlam düşüncəli və demokratik olduğunu başa düşərsiz.        

Wednesday, 6 March 2013

Lie with Me (18+)


         Xəbərdarlıq! Əgər siz 18+ filmlər və mövzulardan narahat olursunuzsa xahiş edirəm yazını oxumağa davam etməyin.

Mən belə filmləri onun erotik səhnələrinə baxıb feyzyab olmaq məqsədiylə izləmirəm. Belə filmlərdə yaxşı psixologizm və dramatizm axtarıram. Odur ki, müəyyən mənada belə filmlərdən bəzi şeyləri öyrənmək olar. Obrazların emosional şkalalarında və psixikalarında baş verən dəyişiklikləri izləməkdən zövq alıram. Bu filmdə bizə təsadüfi əlaqələr, seks və sevgi kimi motivlərlə qarşı-qarşıyayıq. Biz beyni söndürən və mənasız filmlə yox, əksinə düşünərək anlaya biləcəyimiz filmlə (mən belə filmlərə üstünlük verirəm) qarşı-qarşıyayıq. Əlbəttə izləyicidən çox şey aslıdır.

Tuesday, 5 March 2013

Herbert Uells - Dünyaların Müharibəsi

 Kim yaşayır bu dünyalarda, əgər onlarda yaşamaq mümkündürsə? Bütün cümlə-cahanın sahibləri bizik yoxsa onlar? Bəyəm hər şey insan üçün nəzərdə tutulub?Kepler (Berton – Melanxoliyanın Anatomiyasından tərcümə) – (Но кто живет в этих мирах, если они обитаемы?.. Мы или они Владыки Мира? Разве все предназначено для человека?
Кеплер)  

Təqdimat: Bu roman minlərlə yazıçı və rejissor fantastları sivilizasiyaların mübarizəsi və ulduz döyüşlərinə ilhamlandırmış, Herbert Uellsin ən məşhur yaradıcıllıq nümunələrindəndir. Hər şey Londonda, Surrey  qraflığının Horsel və Uokinq şəhərlərində baş verir. İctimaiyyət Marsa çox böyük həvəs göstərir. Hadisələrin başlanmasına bir neçə il qalmış astronomlar Marsın səthində bir neçə işartı müşahidə edirlər. Daha sonra isə Yer istənməyən qonaqlarını qəbul etməyə başlayır. Bəs yaxşı bütün bunların nəticəsi nə olacaq? Yazıçı hansı yenilikləri edib? Nələri göstərmək istəyib? Ümumiyyətlə bu müharibədə kim qalib gələcək?