Oşo - Seksdən Ali Təfəkkürə - От секса к сверхсознанию
Bu kitabında Oşo bizlərə insanın həyatında vacib rol oynayan əks
cinslə olan cinsi əlaqədən söhbət açır. Bir çoxları bunu hərfi mənada başa
düşür. Oşo bu kitabında deyir ki, ailə həyatı ruhi bir şeydi və insanın
aydınlanmasında rol oynayır. İnsanın intim həyatı onu yeni mərhələyə yüksəldir.
Əlbəttə boş yerə demirlər ki, ölüm və orqazm kiçik ölümdür. Yüksək səviyyəli
meditasiyanı da buna əlavə etməliyik. Oşo dünyada bir enerji növünün olduğunu –
bunun da cinsi enerji olduğunu deyir. Digər hər şey: açılan çiçəklər, dünyaya gələn
yeni həyatlar bunun nəticəsidir.
Kitabda əvvəlcədən özümün də bir xeyli müddət üzərində düşündüyüm məqam
öz yerini tapıb. Ailə həyatı və seks. Seksə görə ailə quranları qısa müddət ərzində
peşmançılıq gözləyir. Çünki cinsi enerji özünü başqa formaya transformasiya etməlidir.
Yəni daima bununla məşğul olmaq olmur. Ən azından belə düşünək ki, bununla məşğul
olanlar sonlu varlıqlardır və prosesin özü də sonlu olmalıdır.
Kitab olduqca kiçik həcmlidir və qısa müddət rəzində oxuyub bitirmək
olur. Kitab “Sex Matters: From Sex to Superconsciousness” kitabının bir hissəsidir.
Orijinal kitab 416 səhifədir. Oşonun kitabları şəxsən mənə çox böyük təsir göstərdi
(hərgah hələ ki sadəcə iki kitabını oxumuşam). Dəyərli kitablardır.
Çox bəyəndim. Digər kitablarını oxuyacam. Hamıya məsləhət görürəm.
Faydalı linklər: Oşo kimdir?
Comments
Post a Comment