Waiting for "Superman" - Supermeni gözləyərkən

![]() |
Geoffrey Canada |
Kipp Academy: Bu məktəblər
ABŞ-da kasıb məhəllələrdə açılıb və qısa müddətdə ölkənin bütün ştatlarına
yayılaraq sayını 87-yə çatdırmışdır. Araşdırmalar göstərir ki, varlı ailələrlə
kasıblar arasında təhsil səviyyəsində həmişə fərq olmuşdur və bir çoxlarına görə
bu həmişə belə olacaq. Şübhəcilərin fikirlərinə qarşılıq Cefferi Kanada (wikipedia
məlumat burada.) bu məktəblərin əsasını qoydu və effektiv üsullardan
faydalanaraq ABŞ təhsil sisteminə yenilik gətirdi. Eyni zamanda varlı-kasıb təhsil
səviyyəsini alt-üst etdi. Bu məktəblər müəyyən məhəllələrdə şagirdlərini yeni
doğulduqları andan etibarən diqqətlərində saxlayırlar və inkişaflarının hər mərhələsində
onları izləyirlər. Onlara doğru istiqaməti göstərirlər. Həqiqətən də təqdirə
layiq faktdır.
Bizim təhsil sistemimiz: Təhsil sistemimiz güllük-gülüstanlıq deyil. Problemlər çoxdu. Bəlkə
də sistem çöküb amma gözləyə bilmərik. Gələcəyimizi formalaşdırmaqdan imtina edə
bilmərik. Yaxşı məktəbləri yaxşı müəllimlər əmələ gətirir. Təhsilin “supermen”-ləri
müəllimlərdir. Bir çox məsələlərin həlli məhz onlardadır. Sənədli film müəllim
anlayışınını necə vacib olduğunu bir daha göstərir.
Nəticə: Nəticə?
Keçid ballarının 150-yə enməsi bir nəticədir. Orta məktəb imtahanlarındakı
imtahan nəticələri, universitet imtahanlarının keçirilmə forması və göstəriciləri
nəticədir. Özəl sektorda işə götürənlərin iş namizədlərinə verdikləri suallara
cavablar bir digər nəticədir. Ümumiyyətlə orta məktəb və universitet məzunlarının
ixtisas biliklərinin səviyyəsi və dünya görüşləri bir digər nəticə, rüşvət isə
başqa bənzər nəticədir. İnsanların bir-biriləri ilə ünsiyyət qurmaları və şəxsiyyətləri
də nəticədir. Sizdə bu nəticələri yaxşılaşdırmağın vaxtı gəlib çatmayıb?
Sənədli filmi çox bəyəndim və internetdən türk dilində baxa bilərsiz.
Türk dilində adı: Supermeni Beklerken. Yazını aşağıdakı sitatla bitirirəm:
“Əgər dəyişməsək dəyişən dünya bizi qəbul etməyəcək” – Rafiq Əliyev
Comments
Post a Comment