Həkimlər!

Yəqin ki, bir çoxlarımız müəyyən səbəblərə görə həkimlərə müraciət etmişik. Bir yerimiz ağrıyanda, nədənsə narahat olanda və ya əməliyyat olunanda. Köməyimizə isə həkimlər gəlir. Mən də həkim olmaq istəmişdim bir aralar. Həkimlərin vəzifəsi sadəcə resept yazmaq, kəsib doğramaqdır? Nə vaxtdan həkimlər insanların dostları olmaqdan çıxıblar? Nə vaxtdan həkimlər insanlardan fərqlənməyə başlayıblar? Palatada uzanan xəstənin bəlkə də dərmandan, əməliyyatdan çox gözəl bir söhbətə, inam aşılanmasına ehtiyacı var. Əslində həkim bizdən fərqli birisi deyil. “Bax qonşuluqdakı Məmməd həkimdi”. Mən də həkiməm. Sən də həkimsən. Biz həkimik. Öz həyatımızın həkimi bizim elə özümüzük. İnsanlar xəstələnirlər. Ya fiziki ya da mənəvi olaraq. Və onlar “xəstə” statusu qazanırlar. Eyni zamanda “həkim” statusunu da. Mənim həkimim sən ola bilərsən, ən azından mənə qulaq asmaqla. Yəni həkimlərin vəzifəsi insanlara kömək etməkdir. Təəssüf ki, bu günlərdə həkim sözünün dəyəri bir xeyli azalıb....

Müəyyən yerlərimiz ağrıya bilər. Müəyyən fiziki imkanlarımız olmaya bilər. Hətta ağır xəstəliyə belə düçar ola bilərik. Bəs yaxşı əgər bizim savadlı, inana biləcəyimiz dostumuz – həkimimiz yoxdursa, bu çətin yola necə davam edək? Bilin ki, kimyəvi dərmanlar bir şeyə xeyr edirsə digər bir yerə də zərər verir. Amma! Amma güvənə biləcəyimiz, inandığımız, sevdiyimiz, özümüzə dost hesab edə biləcəyimiz həkimlərin bizimlə ünsiyyəti bizə ancaq faydalı ola bilər. Həkim o kəs deyil ki, çənəsini yuxarı qaldırıb, özündən razı halda “xəstə”-lərin, tibb bacılarının yanından ayaqqabılarını taqqıldadaraq keçib gedsin. Dediyim kimi, həkim bizim dostumuz olmalıdır. Ən ağır xəstəliklərdən belə çıxış yolu tapmaq olur. Yetər ki, “həkim”-lər vəziyyəti çətinləşdirməsinlər.

Bu ümumibəşəri problemdir. Patch Adams filmini izləyin. Mən çoxdan izləmişəm. Hər dəfə izləyəndə kədərlənirəm. Mənim bu yazımda toxunduğum məsələlər orda da öz əksini tapıb. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi