Zehni qurtuluş - Zihinsel Kurtuluş - J.Krishnamurti
Jiddu Krishnamurti – 13 yaşında dünya müəllimi seçilən
Krishnamurti, həyatını dünyanı gəzərək, insanlarla, həyata və dünyaya aid söhbət
edərək keçirdi. Ona Məsihlik yaraşdırılsa da
o, heç vaxt bunu qəbul etmədi. Onun üçün qarşılaşdığı hər kəs
özü-özlüyündə bir şəxsiyyətdir. Bu səbəbə görə öyrətməkdən daha çox bölüşməyi
prinsipi etdi. Yenə də dünyada milyonlarla insan ondan çox şey öyrəndi.
İnsan
həqiqətləri tapmaq istəyirsə, bütün doqmalardan, bütün şərtləndirmələrdən,
bütün inanclardan, boyun əydirən bütün avtoritetlərdən arınmış olmalıdır.
Əslində tam mənasıyla müstəqil olmalıdır və bu çox çətin şeydir. Bu ağacların
altında oturub axmaq söhbətlərə qulaq asmaq üçün maşınla çıxdığınız səhər gəzintisi
deyil. Həqiqəti tapmaq böyük bir səbr, mülayimlik və tərəddütlər tələb edir. Sadəcə
kitab oxumağın bir dəyəri yoxdur amma əgər dinlərkən diqqətinizi bütünüylə
toplaya bilsəniz, o diqqətin sizi çabalamaqdan xilas etdiyini görəcəksiniz və
zehnin heç bir istiqamətə hərəkət etmədən fövqəladə gözəllikdə və
yaradıcıllıqda olanı, elmlə, keçmişlə ölçüləməyəcək olanı qavramağa qadir
olduğunu görəcəksiniz. Həqiqi inqilabçı və dindar olan belə bir insandır çünki
o artıq cəmiyyətin bir parçası deyil. İnsan hirsli, rəqabətcil olduğu müddətdə
cəmiyyətin özüdür. İnsan xilas olmanın belə çətin olduğu zehniyyətlə tanrını
axtarır amma bu axtarışın heç bir mənası yoxdur çünki bu bir şey olmaq, bir şey
əldə etmək üçün göstərilən çabadan başqa bir şey deyil.
Jiddu Krishnamurti kitablarının yeddinci cildi olan Zehhi Qurtuluş,
yuxarıdakı cümlələr haqqındadır. Krishnamurtinin kitabları cildlərlədir və
sanki addım-addım insanı ali təfəkkürə, idraka, bir sözlə yeni mərhələyə
hazırlayır. Jiddu Krishnamurtini bir filosof olaraq çox bəyəndim. Oxuyanda çətinlik
çəkdim amma yenə də bəyəndim. Digər kitablarını da böyük həvəs və istəklə
oxuyardım.
Comments
Post a Comment