Empati - Empathy - Adam Fawer


Qısaca mövzusu: Beyin strukturunda fərqlilikləri olan bir neçə uşağın dövlətin məxfi məqsədləri üçün empatiya bacarıqlarının istifadə olunmasından bəhs edilir. Daha sonra bu uşaqlar bu vəziyyətdən qurtulub bacarıqlarını istifadə edə bilməyəcək proseslərə məruz qalırlar. Kitab da bu bacarıqlarına yenidən qovuşmalarının təsviri ilə başlayır.
Qulaq asmadan eşitmək, baxmadan görmək, toxunmadan hiss etmək...Özüylə eyni taleni yaşayan kor bir müəllim, fövqəladə güclərindən xəbərsiz həyata tutunmaya çalışan gənc ürəklər, güclərini pis məqsədlər, niyyətlər üçün istifadə edən şeytani insanlar....Həyacan verici, maraqlı və düşüncə dəyişdirici, öyrədici roman.

Bəyəndiyim cəhətlər:                                       Bəyənmədiyim cəhətlər:
1)Orijinal süjet xətti və motivlər.              1)Təsvrilər çox uzun uzadı və xırdaçıdır.
2)Elmi üslubda yazılıb.                            2)Rahatıqla romanın nə ilə bitəcəyini sezmək olur.                                                                             3)Xüsusiylə fəlsəfəyə aid qisimləri gərək iki
3)Paranormal hadisələr yoxdur.                   
dəfə oxuyasan. Çətin dili var.                 
4)Fəlsəfəyə aid gözəl məqamlar var.                   
5)Psixologiyaya aid məqamlara                     
    rast gəmək olar.  
6)Real hadisələrə əsaslanması.
7)Romanın sonluğu əla oldu.

Olasılıksız (İmprobable) romanı ilə oxşar və fərqli cəhətlər: Olasılıksız romanı ilə oxşar cəhət üslublarının eyni olmasıdır. Yəni hər ikisi elmi, fəlsəfi ədəbi əsərdir. Əslində süjet xətləri də müəyyən mənada eynidir: Beyin dalğaları. Əlbəttə fərqli cəhətlər də var. Empati romanında  hadisələrin təsviri ədəbi olaraq çox uzun-uzadıdır. Xırdalanma çoxdur. Başqa sözlə söz oyunları. Başımı ağrıtdı. Kitabın axırlarına gələndə sonluğun necə olacağı mənə bəlli olduğundan heç sona qədər oxumaq istəmədim amma nəysə deyib səbr etdim. Olasılıksız romanında nə uzatma və xırdalamalar var idi nə də romanın necə qurtaracağı bəlli idi. Bu da romanı çox daha maraqlı edirdi. Hər iki əsərdə də maraqlı məlumatlar zəngindir. Bu məlumatlar tamamilə elmi olub, uydurma deyil və çox faydalıdır. 

Nəticə olaraq Empati romanı mənə yeni bir şey vermədi. Olasılıksız birinci, empati ikinci yerdədi. Elə hesab edirəm ki, oxucu birinci Empatini, ikinci Olasılıksızı oxuduqda, ikisini də eyni dərəcədə maraqlı hesab edəcək. Yox əgər birinci Olasılıksızı ikinci Empatini oxusa, məncə Olasılıksızı daha çox sevəcək (məndə olduğu kimi). Nəticə olaraq, insanlar, məlumatlar və xəyallar...və hamısı bir yerdə gözəl bir miks (mix). Həqiqətən də belədir. Həyat özü bir empatik situasiyadır. Nə verərsənsə ya da nə verməyə/almağa ümid edərsənsə onunla rastlaşarsan. Qiymətləndirmə: 6.5/10 


                       Əsas səhifəyə keç

Comments

  1. Replies
    1. Pis kitab deyil. çox maraqlı kitabdır. sadəcə ola bilər mənim pis vaxtıma düşüb. söhbəti bir az çox uzadır. Geri qalan cəhətdən çox yaxşıdır.

      Delete
  2. amma yazınnan bele basa dusdumki olasılıksızı oxusam kifayet eder ?
    empatini bilmirem amma olasılıksızı mutleq oxuyacam :)
    meslehete gore tesekkur =D

    ReplyDelete
    Replies
    1. Olasılıksızdan təəssüratlarım daha müsbətdir, bu doğrudur)))

      Delete
  3. birde jan paul srtrenin aydinlar uzre kitabina bloguvu gozluyecem ... kitablarin oxumasamda onun dusunceleri ve heyati haqda melumatim var... umarim yazdiglarida gozel olar :)

    ReplyDelete
    Replies
    1. O kitab haqqında çox fikir söyləyə bilməyəcəm, amma haqqında yazacam. Çox güman ki, axrıncı yazı olmayacaq.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi