Paylaşılmış Hekayələr - Asım Yıldırım


“Merheba Yenigün” verlişi ilə səhərlər izləyicilərinin görüşünə gələn Asim Yıldırım bu dəfə də öz hekayə kitabları ilə oxucuların görüşünə gəlir. Bir çoxlarımız yəqin ki, onu tanıyırıq.Bu kitabda müxtəlif mövzulara aid kiçik həcmli, maraqlı, düşündürücü və ibrətamiz hekayələr yer alıb. Həcmcə kiçik olan bu kitabda həmişəlik yaddaşıma həkk olunan hekayələr oldu. Kitabı uzun əsərlər oxumağı sevməyənlər, ibtidai sinif şagirdləri və ümumiyyətlə dini, düşündürücü hekayələri sevənlərə məsləhət görürəm. İşdə, məktəbdə, universitetdə, evdə - qısaca 5-10 dəqiqəlik mütaliə etmək istəyənlərə bu və bu kimi kitabları çox məsləhət görürəm. Bənzəri kitablar sırasına İbrahim Refik kitablarını, Monteignenin “Denemeler” əsərini və Nihalə - İşdə Meditasiya kitabını nümunə vermək olar. Demək istədiyim odur ki, şərt deyil siz oturub saatlarla kitab oxuyasınız. Şərt deyil anlamaqda çətinlik çəkdiyiniz əsərləri, dişinizi dişinizə sıxıb, “mütləq bitirməliyəm” fikrinin hakimliyi ilə oxuyasınız. Belə sadə kitablar da var və siz ondan günün müxtəlif hissələrində istifadə edib, sanki ruhi qida əldə edə bilərsiz. Əlbəttə ki, əsas məsələ maraq dairəniz və dəyərlərinizə uyğun kitabları axtarıb tapmaqdır. 

                                                                 Əsas səhifə

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi