Təkamülün Sirləri - Mixail Boçkaryov (fantastik hekayə)

Orijinal adı: "Секреты эволюции" Михаил Бочкарёв


Həcmcə kiçik olan bu hekayəni uzun-uzun yazılan və ciddi əhəmiyyəti olmayan fantastik əsərlərdən üstün gördüm. İnsanın özü və özündən əvvəlki hadisələr haqqında tısbağanın dilindən eşitməsi konsepsiya olaraq əladır. Əlbəttə çatışmayan cəhətlər, boşluqlar və zəiflik var idi amma maraqlısı da burasıdır ki, mövzud zəif məqamlar və qeyri-müəyyənliklər çox böyük narahatlıq yaratmır. Hekayəyə açıq-aşkar Hind, yəni Şərq fəlsəfəsi hakimlik edir. Yazıçı insan həyatını digər bir canlının gözü ilə sanki bizə çatdırır. İnsan həyatı tənqid olunur – insanın bu planetin harmoniyasını necə pozduğu bir daha xatırladılır, digər canlılarla insan tərəziyə qoyulur. Əsər fantastika, fəlsəfə və az doza da olsa da drama janrındadır. Hekayənin adı Təkamülün sirləridir. Əvvəlcə elə bildim elmi-araştırma tipində bir şeydi amma fantastika olduğunu gördüm.

İnsan unutmamalıdır ki, təbiəti korlayaraq əslində o özü-özünü korlayır. Bir təbiət harmoniyada yaşamalıyıq, buna məhkumuq. İnsan süniliyə meyl edir. Digər canlıların da bizimlə paralel yaşamağına haqqı var. İnsan nə qədər təbiəti korlayıbsa, onu gözəlləşdirə də bilər.

Son olaraq onu deyim ki, belə bir hekayə yazmaq çətin bir iş deyil. Çünki yazıçı prinsip etibariylə yeni heç nə etmiyib. Şərq fəlsəfəsini və soft fantastikanı birləşdirib. Onsuz da həcmcə də kiçikdir. Buna baxmayaraq diqqətə layiqdir, maraqlıdır. Hekayəni rus dilində dinləmək istəyənlər üçün aşağıda link yerləşdirdim.

Keçidlər:     Hekayəni online dinləmək üçün tıkla
                    Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi