Ölümün Kimyası - The Chemistry of Death - Simon Beckett



Bu kitab beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. Simon Beckett jurnalist olmasına baxmayaraq kriminal aləmin detalları və tibb dünyasının xırdalıqları ilə əlaqədar  verdiyi məlumatlar və təsvirlər insanı heyran edir. İnsanı yuxusuz qoya bilən kitabdır. Yəni növbəti səhifəsində nə var deyə maraqla, həyəcanla və böyük gözləntilərlə oxuduğum kitablardandır. Bu ayrıca kateqoriyadır mənim üçün. “Növbəti səhifədə nə var? və ya Növbəti səhifədə nə olacaq?” hissinin hakim olduğu qrup. Elə kitablar,romanlar var ki, sadəcə oxuyursan və insanı çox həyəcanlandırmır. Dedektiv və qorxunun birləşməsi isə Ölümün kimyasını bizlərə təqdim etmişdir. Siyasi dedektivləri sevmirəm amma məişət dedektivi + “korku gerilim” çox əla bir sintezdir mənim üçün. Tess Gerritsen kitabları ilə müqayisə etdiyimdə daha çox bəyəndiyimi deyə bilərəm. Düzdü Tess Gerritsenin üslubu Simon Becketdən müəyyən qədər fərqli və qorxuya meyillidir. Kitabın sonu isə xüsusi vurğulanmalıdır. Tam hər şey qurtardı deyə bir oh etmək istəyəndə hər şey birdən birə yenidən dəyişir və belə final mənim çox xoşuma gəlir. Romanı sevməyimin digər səbəbləri arasında əlbəttə ki, romanın obrazları və klostrofobik mühitdir. Obrazlar keçmişləri səbəbiylə kiçik bir qəsəbədə yaşamağa məcburdular. Bu kiçik qəsəbə onların ortaq keçmişini və bugünkü ortaq yaşamını ifadə edir. Sadəcə dedektiv və qorxu  var deyə yox əlbəttə. Eyni zamanda əsas obraz olan David şəxsi həyatı çox əla təsvir olunmuşdur (keçmişi ilə sağollaşa bilməməsi). Bəzən ətrafıma diqqətlə baxıram və ətrafımda ciddi psixoloji xəstə insanları görürəm (elə biri qapı qonşumuzdur). Romanda xəstə psixologiyanın cəmiyyətə vurduğu ziyan yaxşı təsvir olunmuş və fəsadları açıqlanmışdır.Yazıçının digər romanları: Ölülərin Fısıltısı və Sümüklərin Şifrəsi də çox maraqlı səslənir. 
Araşdırmalarım isə digər maraqlı nəticəyə apardı məni: Bəziləri kitabı üz qabığına diqqətlə baxmağımızı və daha sonar kitabı tərs çevirib orada nə gördüyümüzü soruşurlar. Mən də sizdən soruşum: Nə görürsüz?
                                                          Simon Beckett romanı haqqında danışır
     Simon Beckett - Ölümün Kimyası kitabını yüklə - Türkcə keyfiyyətli E-kitab


Comments

  1. Acigi detektiv hemise deyirem belke oxuyumm amma hec vaxt baslamaga axot olmur

    ReplyDelete
  2. Bu çox əla başıanğıc olar. 100% məsləhət görürəm.

    ReplyDelete
  3. bu kitabi nece elde ede bilerem??

    ReplyDelete
    Replies
    1. Hörmətli Vasif bəy, yazının sonunda yükləmə linki vardır.

      Hörmətlə.

      Delete
  4. Hörmətli admin Zəhmət olmasa linki yeniləyin.
    Bu məqaləni azebook.net saytında yayınladım. Narazılığınız olsa məqaləni silməyə hazıram.
    http://www.azebook.net/azlit/dedektiv/397-olumun-kimyasi-simon-beket.html

    ReplyDelete
    Replies
    1. Hörmətli Bəxtiyar bəy, yükləmə linkini yenilədim. Narazılığım yoxdur, sadəcə yazının sonunda mənbə kimi bloqun ünvanını göstərsəz çox şad olaram. Yox, əgər istəməsəniz, yenə də etiraz etmirəm.

      Hörmətlə.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi