Kuklalar - Dolls - Куклы

Aktyor performansı və filmin çəkiliş prinsipləri Asiya qitəsinə, daha doğrusu Yopaniyaya xarakterikdir və odur ki, qeyri-adi nə isə yenilik gözləmək və ya Yapon filmləri arasında ciddi fərqlənəcək nə isə element görmək mümkün deyil. Filmin bir çox epizodlarını tam başa düşməsəm də çox maraqlı və düşündürücü, mənalı və hüzünlü, nəticə çıxarılası və yadda saxlanılası film hesab edirəm. Yapon filmlərinə xarakterik rəng oyunları da var. Rejisor obrazların paltarlarında dəyişiklik edərək bizə bəzi şeyləri çatdırmaq istəyir. Onu da deyim ki, məhz o epizodların anlaşılması bir az çətindir. Bunun üçün "Rənglər Nəzəriyyəsi"ni bilmək lazımdır. Filmi izlərkən hansısa epizodu itirmək və bununla da hansısa hiss qammasını qaçırmaq qorxusu oldu məndə. Bu da filmin mənim üçün uğurlu bir əsər olduğunu sübut edir. Sonda isə onu deyim ki, filmdə o qədər çoxlu düşüncə, simvol, metafor və dərin məna var ki,hamsını bir yazıda ifadə etmək və analizini vermək çətindir. Ən əsası isə filmdə bir şey aydın olur: Sevgi və əzab insanı yüksəklərə qaldırıb, onun şəxsiyyətində yeni üfüqlər açır. Bəzənsə sevgi insanın həyatını belə qurban olaraq tələb edə bilir. Sevgidə “yarı” söhbəti yoxdur. Ya hər şey ya da heç nə. Həqiqi sevginin insandan nə istədiyini müəyyən qədər başa düşən insan deməli həyatın da mənasına müəyyən qədər yaxınlaşan birisidir. Həmişə sevdiklərinizlə olmaq arzusuyla.
Filmi Online izlə
P.S. Yazı şəxsi fikirlərim və kinopoisk.ru saytının müvafiq film üzrə tamaşaçı şərhləri əsasında hazırlanmışdır.
Comments
Post a Comment