Жил-был пёс
Anam həmişə Sovet dövrünün cizgi filmlərinə həvəslə və sevinclə baxır. 3-4 il bundan qabaq həmişə ondan soruşanda ki, “Bu cizgi filmləri niyə bu qədər səni sevindirir?” mənə cavab verərdi ki: “Sadəcə kefimi açır və ən əsası tərbiyəvi cəhətləri var. Bu günkülərdə nə var ki? Vurub dağıtmaq. Çox mənasızdır”. Başa düşməzdim onu. Dan Brownun – Melekler ve Şeytanlar kitabında da bənzəri məqam var: Robert Langdondan soruşurlar ki, siz niyə cizgi filmlərini sevirsiniz? (Robert də Mickey Mousun lap köhnə versiyalarını sevərdi) cavabı isə belə olurdu: Ruhu cavan saxlayır. Sovet dövrünün filmləri və cizgi filmləri bu günkülərdən çox daha fərqli idi.
Cizgi filmlərində tərbiyəvi xüsusiyyətlər və mənəvi dəyərlər əks olunurdu. Anam demişkən bu günkülərdə nə var? Axı ilk növbədə cizgi filmləri uşaqlar üçün nəzərdə tutulur və kompyuter texnologiyalarının hakim olduğu müasir dövrümüzdə hər kadrı çətin və qorxulu olan “müasir” cizgi filmləri və animasiyalar uşaqlarımızı yalnış şeylərə öyrədir. Ukrayna xalq nağılı əsasında çəkilən Жил-был пёс isə sayılma seçiləmə şedevrlərdəndir. Elə filmlər və cizgi filmlər var ki, mən onlara bezmədən bir neçə dəfə baxa bilər və hər dəfə də yeni nə isə görə bilərəm. Bu cizgi film də belədir. 10 dəqiqə ərzində dostluq, qarşılıqlı yardımsevərlik, təşəkkür etmək bacarığı haqqında danışmaq çətindir əslində. Bu cizgi film isə 10 dəqiqəsinə bunu sığışdırmışdır. Yəqin ki, sizlərdə də olur: elə filmlər, komediyalar var ki, hər epizodunu əzbərdən bilsəz də elə hiss eliyirsiz ki sanki birinci dəfədir baxırsız. Məndə də bu cizgi filmində belədir (Əlbəttə başqaları da var). Cizgi filmi qısa olsa da müxtəlif epizodlarla zəngindir. Canavarın qısa amma fəlsəfi cümlələri və müxtəlif gülməli vəziyyətlər. Elə bir cizgi filmidir ki, yetkin insan buna baxıb həyat haqqında düşünəcək, müxtəlif müsbət hisslərin içində üzəcək. Enerji toplamağın üsullarında biridir sevdiyin cizgi filmlərə və filmlərə baxmaq. Жил-был пёс-da dramatizm,yumor və məna çox əla birləşdirilib, hansı ki, bu üç filmə yerləşdirilə bilərdi. Жил-был пёс kimi əsərlər bu gün bizlərə insani istilik və xoşbəxtlik, inam və ümid, bir damcı uşaqlıq qayğısızlığı və hikmət bəxş edir. Cizgi Filmi nəyi öyrədir?: Ağıllı düşmən axmaq qohumdan yaxşıdır. Həyat onları birləşdirdi və dost etdi. Bilmək olmaz hələ gələcəkdə kimlərlə birlikdə bu yolu davam edəcəyik. :)) Aşağıda cizgi filmi var. 10 dəqiqədir cəmisi baxın. Ya da xatırlayın.
Qeyd: Məqalə kinopoisk.ru saytının müvafiq film üzrə şərhləri və şəxsi fikirlərim əsasında hazırlanıb.

Comments
Post a Comment