Çarli və Şokolad Fabriki - Charlie and the Chocolate Factory
Villi Vonka haqqında olan bu film məncə bir çox insanı düşündürə biləcək dərəcədədir. Ən əsası isə böyükləri uşaqlıq aləminə geri döndürəcək. Sadə mənası olan film heç də sadə çəkilməyib. Müxtəli kino effektləri ilə film çox kreativ və zəngin alınıb. İstər uşaqların istərsə də böyüklərin zövqünü oxşayacaq və buna paralel olaraq da düşündürəcək. Film ilk baxışdan görünən uşaq nağılı deyil. Bu film hər yaş dövrünə xitab edəcək xüsusiyyətdədir. Uşaq tərbiyəsi, əsl ailə xoşbəxtliyi, sevgi və saflıq atmosferi. Filmdə bunlar var. Villi vonka özünə varis axtarır. Layiqli varis. Bunu etmək üçün isə bir çox mənfi xüsusiyyəti olan (məs: nəfs, eqoizm, dikbaşlıq və s.) uşaqların siyahıdan çıxartmaq üçün də ağıllı starategiya qurur. Bir-bir bunlar aradan çıxandan sonra sona bir nəfər qalır. Bu arada onu da deyim ki, Villi bütün bu sınaqları gerçəkləşdirəndə sanki o yolu keçmiş,bütün sadalanan hisslərə qalib gəlmiş birisi təəsüratını bağışladı mənə. Çarli. Çarli isə maddi cəhətdən kasıb və yarışmada ən sona qalan bir oğlan olsa da ən varlı insanlardandır. Onun ailə xoşbəxtliyi,sevgisi deyə bir xəzinəsi var. Onu heç nəyə dəyişməz. Əslində klassik və bilinən süjet xəttidi. Bir tərəfdə maddi digər tərəfdə mənəvi zəngin insanın həyatının kəsişməsi. Bununla ortaya çıxan maraqlı hadisələr. Çarli və Villi birlikdə uzun və xoşbəxt həyat yaşayırlar (Happy Ending). Çarli və Şokolad Fabriki parlaq, rəngarəng,kreativ, gülməli, tərbiyəvi, maraqlı, şokoladlı və çox yaxşı aktyor kontingenti ilə baxmağa dəyərli və xatırlanmalı bir filmdir. Sonda isə filmi iki cür qiymətləndirmək olar:
superr kinodur:)).en sonda sokoladi oz ailesi ile bolusur. nenesine babasina verir:) mene cox tesir edir. kasib ama qururlu heyat bundan gozel ne olsun ki?:))ama yasli neslin numayendeleri o sokoladlari nece yeyirler hele de teeccub edirem:))
ReplyDelete