Gotye - Somebody That I Used To Know (feat. Kimbra)
Adətən kitab və filmlər haqqında yazıram. Hansısa klip haqqında yazmaq barədə düşünməmişdim amma gördüyünüz kimi yazıram. Bu klipə hər gün bir neçə dəfə qulaq asır və klipini izləyirəm. Bilmirəm nə vaxta qədər belə olacaq amma çox xoşuma gəldi. Həm sözləri həm də musiqisi. Klipi isə xüsusi olaraq maraqlı gəldi. Klipdən üstün bir şeydi. 4 dəqiqə 3 saniyəyə sanki kiçik bir film yerləşdirilib. Müxtəlif insanların eyni,ortaq problemi işıqlandırılıb. Ağrı çəkənlərə “siz yalnız deyilsiz” deyilib sanki. Keçmişə nəzər salmaq imkanı da verib. Bəlkə sizin də “Somebody taht i used to know” statusunda bildiyiniz birisi var. Qadın və kişi münasibətləri. Biz kimdənsə xoşlananda onu sanki öz rənglərimizə boyayırıq. Beləcə dəyişirik, meotmorfoz keçirdirik. Dəyişiklik isə hər zaman risklidir və hətta təhlükəlidir. Dəyişiklik çox böyük anlayışdır. Həm müsbətə doğru həm də mənfiyə doğru dəyişiklik ola bilər. Əlbəttə ki, hamının mübəti,mənfisi,doğrusu və yanlışı fərqlidir. Ehtiyatlı olun. Klip bəlkə də xəyallarımızdakı haqqındadır (Yaralı yerinə toxunmadım ki?). Xəyallarımızdakı bizi xəyal qırıqlığına məruz qoymasın təki. Kimbra adlı müğənninin də klipdə olması çox super kalorit verib. Bir – birini başa düşməyən iki insanın hekayəsi. İkisi də bir-birini günahlandırır və sonda qız oğlanın rənglərindən azad olub gedir. Bəzən isə o rənglərdən azad olmaq çox çətin olur. Həqiqətən də insanların bir-birilərini başa düşməsindən böyük nemət yoxdur. Bəs niyə insanlar bir-birilərini başa düşmürər bəzən? Bu isə artıq ayrı mövzudur. Sonda isə “o” tanıdığım birisi oldu. Həmişə bir-birinizi başa düşmək və birlikdə olmaq arzusuyla.
Comments
Post a Comment