Milan Kundera - Varolmanın Dayanılmaz Hafifliği - The Unbearable Lightness of Being

Xilas: Thomas və Sabina cəhənnəmdə yaşayırlar. Onlar həqiqi sevgini hiss etməmiş, yaşamamışlar. Heç xilas da olmaq istəmədilər. Thomas bəlkə də məcburiyyətdən, Sabinanın çıxıb gedməsindən sonra tək qaldı amma Sabinanın özü xilas olmaq yolunun seçmədi. Bəli. Bizim qarşımızda seçimlər var. Tereza Thomasın, Franz isə Sabinanın xilaskarıdır.
Sevgi: Xilaskarların arxa fonunda sevgidir. Dəyişmək olardı brat amma istəmədin. Qorxdun da. Amma normaldı onu da deyim. Sənin ruhun bəlkə belədir. Dəyişmək olduqca çətin bir işdir. Asan başa gələn bir şey kimi başa düşməyin amma mümkündür. Bəlkə də yox...
Siyasət: Filmdə bolca siyasət də var. 1950 – ci illər sonrasının siyasi,ictimai,sosial vəziyyəti yaxşı təsvir olunub. Sovet ittifaqının dağılma ərəfəsi və dağılarkən bizdə də törətdiyi kimi qətliamlar. Mənzərə eynidir. Köç edən,etiraz edən,mübarizə aparan,yeni cəmiyyət istəyən insanlar.
Siyasət: Filmdə bolca siyasət də var. 1950 – ci illər sonrasının siyasi,ictimai,sosial vəziyyəti yaxşı təsvir olunub. Sovet ittifaqının dağılma ərəfəsi və dağılarkən bizdə də törətdiyi kimi qətliamlar. Mənzərə eynidir. Köç edən,etiraz edən,mübarizə aparan,yeni cəmiyyət istəyən insanlar.
Yüngüllük və ağırlıq?: Əsərin adı Var olmanın dözülməz yüngüllüyüdür. Şəhvət,heyvani istəklər ağırdır, ağırlıqdır. Çəki daşları kimi. Sevgi isə insanı yuxarılara qaldırdığına görə yüngülləşdirir. Di gəl ki, heç də hamı bu yüngüllüyə, hafifliyə dözə bilmir. Paradoksaldır hə? Yüngüllük sənə ağır gəlir amma sən heç bunun fərqində deyilsən. Əlbəttə bir ömür elə yaşamaq olar. Ömrünün sonunda isə geriyə baxanda böyük bir uçurumun olduğunu görürsən. Hər nəsə....
Həqiqi xilas?: İçindəki sevgini, yatmış gözəli oyadaraq həqiqi mənada xilas olmaq olar məncə. Issız Adam filmində də bu motivlər vardı. Bu xəstəlikdir. Mikrobdur. Bəlkə də, bəlkə də müalicəsi belə yoxdur. Belələri hiyləgər olur. Özlərini yaxşı maskalayırlar. Fərqləndirmək çox çətin olur. Ehtiyatlı olun!
Sonda isə ölüm...ölüm olmasaydı biz neylərdik? İnsan həmişə xoşbəxt ola bilmədiyinə görə, əbədi bədbəxtçilik hökm sürərdi. Düşünülməsi belə qorxuludur.
Comments
Post a Comment