Film mənə çox təsir etdi. Kədərləndirdi,düşündürdü,məyus etdi. Həyatımız kiçik – kiçik anlardan,saniyələr və mikrosaniyələrdən ibarətdir, elə deyilmi? Təsəvvür edin ki, bir anda anidən hər şey dəyişə bilər. Hər şey! Daha heç nə əvvəlki kimi olmuyacaq. Dəhşətli vəziyyətdir. Axı sənin arzuların, sevdiklərin var idi, xəyallar qurmuşdun, ümidlə və inamla gələcəyin haqqında düşünürdün. Sən gənc və idealist idin. Bir an, o qəddar an isə sənin başına bunları gətirdi. Sənə qarşı vicdansızlıq edildi. Sən tək buraxıldın, haqsızlığa uğradın. Bir-iki nəfərdən başqa sənə inanan olmadı. Allaha dedin. Dedin ki, bəs sən bilirsən axı mən günhsızam amma səs gəlmədi həmişəki kimi. Amma sən yenə də onu illər sonra evinə buraxdın. Çalışdın. Çox çalışdın və hətta müəyyən qədər də bacardın ki, ona qarşı kin bəsləməyəsən. Axı bu insan həyatında ən vacib məsələlərdəndir: sevdiklərini xoşbəxt görmək. Onu xoşbəxt etmək üçün də özünü fəda etdin. Bax beləcə bir ömür keçdi. Bəlkə də dözməzdin amma o olmasaydı. Hə amma qalaktikamızda ədalət var. Haqq-ədalət topladır amma gedəcəyi yerə mütləq çatır. Səndən alınanın əvəzinə sənə həyatını bölüşəcək,yükünü azaldacaq insan göndərildi. Yadımdan çıxmır...Evə qayıdanda onu necə qucaqlayıb, bərk – bərk öpməyin. Gözlərinlə göyə baxıb Allaha şükür etməyin. Mənim gözlərimin dolmağı... Bəli. Şükür etməlisən mütləq. O olmasaydı həyatının heç bir mənası olmazdı. O olmasaydı iki şirin,şəkər balan da olmayacaqdı. Bax beləcə onu son ana qədər sev. Ölümdən sonra da sev...Həm sən həm də o, buna layiqsiz. Yenə də onu deyim ki, çox təsirli bir filmdir. Bəli belə də olur. Bir anın içində hər şey dəyişir amma bil ki, günahkarın kim olduğu da həmin an vacib olmur bəlkə də. Vacib olan məhv olan ömürlərdir. Bəlkə də çox əlaqəsi yoxdur amma William McFeenin (Tanınmış dənizçi və yazıçı) sitatı yadıma düşdü nədənsə: “Dünya qarşılaşdığın fırtınalarla deyil, gəmini limana çatdırıb çatdırmamağınla maraqlanır”
İlk dəfə mən İsi Məlikzadənin eyniadlı povestini oxumuşdum daha sonra isə film..Duyğulanamaqdan çox əsəbiləşmişdim..Filmin iki baş qəhrəmanı fikrimcə daxili dünyalarına,xarakterlərinə görə iki zidd insanlardır..Biri vicdansız,bir isə kiməsə görə haqsız yerə həyatını barmaqlıqlar arasnda keçirən şəxs..Nələrisə vicdanının təmizliyindən üstün tutan insanlar həyatda ən alçaq insanlardır..Onların xislətləri bu cürdür..Filmdə Fuad Poladov öz sərt baxışları obrazı seyirciyə daha çox tanıdır..Baxışları ilə..
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
Александром Беляев - Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...
İlk dəfə mən İsi Məlikzadənin eyniadlı povestini oxumuşdum daha sonra isə film..Duyğulanamaqdan çox əsəbiləşmişdim..Filmin iki baş qəhrəmanı fikrimcə daxili dünyalarına,xarakterlərinə görə iki zidd insanlardır..Biri vicdansız,bir isə kiməsə görə haqsız yerə həyatını barmaqlıqlar arasnda keçirən şəxs..Nələrisə vicdanının təmizliyindən üstün tutan insanlar həyatda ən alçaq insanlardır..Onların xislətləri bu cürdür..Filmdə Fuad Poladov öz sərt baxışları obrazı seyirciyə daha çox tanıdır..Baxışları ilə..
ReplyDelete