Amy M. Homes - Bu Kitap Hayatınızı Kurtaracak - This Book Will Save Your Life
Bir çox yazıçılar və şairlər yalnızlığa aid əsərlər yazmışlar. Siyahı uzundur sadalamaq istəmirəm. Mən də əlbəttə yalnızlığın cəhənnəm əzabı olduğunu bilirəm. Eyni zamanda yalnızlığı iyrənc birliklərdən üstün tuturam. Yalnız insanın hansı hisslər keçirdib, hansı vəziyyətlərə düşə biləcəyini isə bu kitabdan öyrəndim. Yalnızlıq anlayışını hər cəhətdən izah edib, müasir qərb həyatıyla əlaqələndirməklə bu kitab ortaya çıxmışdır. Ümumiyyətlə həyatda yaşamağın bərabərində gətirdiyi çətinliklər var. Bir də düşünsək ki, o insan yalnızdır. Amy Homes böyük şəhər həyatının içində itib batan şəxsin yalnızlığını nəql edir bizlərə. Bir axşam infakt keçirdən əlli yaşındaki çox varlı birja işçisi Richard Novak, xəstəxanada heç kimininin olmadığının şahidi olur. Böyük məyusluq hissi keçirdir. Daha əvvəl olduğu bu vəziyyətin üzərində heç düşünməyən Richard bunu dəyişdirmək üçün hərəkətə keçir. İtmiş insanın bu cürətkar hərəkəti kitabı böyük oxucu kütləsinə sevdirmişdir (eləcə də mənə). Oğluyla barışmaq istəyi, oğlunun atasına üsyanı, arvadının ikiüzlülüyü və alçaqlığı, adi bir ponçik satıcısıyla dost olması, həyatın gözlənilməz döngüsü, öz-özünü təhli etmək. Əlbətə bizim cəmiyyətimizdə Richard kimi insanlar hələki müəyyən qədər azlıq təşkil etsə də artan şəhərləşmə sürəti onun vəziyyətinə düşəcək insanların da sayında artışın olacağını labüd edir. ABŞda bu gün Richard kimi insanlar çoxdur (ABŞda olan tanışlarım da orada olan insanların arasındakı soyuqluğu dönə-dönə qeyd etmişlər). Yavaş-yavaş artıq bizim kimi cəmiyyətlərdə də insanlar öz balaca,soyuq evlərinə çəkilib virtual həyat yaşamağa üstünlük verirlər. Hələki hiss olunmur. Kitab sevdiklərinizə nə qədər dəyər verdiyinizi soruşacaq. Keçmişə baxan gələcəyə də baxmalıdır. Bu həyat çəmbəridir. İnsanlar gəlir və gedir. Ən əsası isə heç kim ölüm ayağında mən eqoist bir həyat yaşadım demək istəməz. Təhsil və mədəni səviyyəsindən aslı olmayaraq hər bir insan bəzi şeyləri başa düşəcək səviyyədədir. Çünkü hisslərin dili universaldır və eyni dili yox eyni hissləri bölüşənlər bir-birilərini daha yaxşı başa düşə bilərlər. Bəli. Bu kitab birilərinin həyatını xilas edə bilər.
yalnizligi iyrenc birliklerden ustun tuturam..
ReplyDeleteBəli elədir.
Delete