Haruki Murakami - Norwegian Wood - Norveç Meşəsi



Elə mövzular, hadisələr var ki, onları yaşamasan onlar haqqında oxuyub başa düşə bilməzsən. Bu filmlərə də aiddir. Həyatı boyunca əyləncə, kef və s. görən insan həyatın mənasını, sevdiyini itirmək, ruhi xaos vəziyyətində olmağı başa düşə bilməz.... Kitabın yazarı 20 – inci əsrin böyük Yapon yazıçıları sırasındadır. Xüsusiylə ABŞ və Avropa ölkələrində geniş oxucu kütləsinə malikdir. Başqa əsərlərini oxumasam da, bu əsərini “ağır” əsər olaraq adlandırardım. Həssas insan deyiləm amma çox qəribə təsir elədiyini deyə bilərəm.  Romanın mövzusu 1960 – ci illərin sonlarında Tokyoda universitetdə oxuyan, bir az özünə inamı olmayan bir az da asosyal və bir az da özünü loser kimi hiss edən Toru Watanabın hekayəsidir.  Watanab uşaqlığını bir digər dostu olan Kidzuki və bir də Nauko adlı qızla keçirmişdir. Kidzukinin intiharından sonra Watanab Tokyoya gəlir və Nauko və universitetdə rastlaşdığı Midori ilə məhəbbət üçbucağı yaşayır. Romanın baş qəhrəmanı Watanab musiqiyə, ədəbiyyata, içməyə maraqlı, tez-tez özünə acıyan depressif və yalnız bir yeniyetmədir. 60 – cı illərin Tokyosunun cinsi azadlıq axtarışı, universitet hadisələrini, aşağı dinamikada kapitalizm tənqidlərini və tupikə dirənmiş Yapon gəncliyinin hər şeyə uzaqdan baxan ədəbi qəhrəman gözüylə baxmaq çox zövq vericidir. Gənc insanların ölümlə üzləşmələri, yaşadıqları peşmanlıqlar, günahkarlıq,vicdan əzabı hissləri, sevgi ağrıları yaxşı təsvir edilmişdir. Ən əsas təəsüratlarım isə odur ki, həm kitabda həm də filmdə insanın keçirə biləcəyi hisslərin qara üzü təsvir olunmuşdur. Stres,depressiya,ümidsizlik,qorxu,əzab - əziyyət. Bu hissləri yaşayanlar cəhənnəmdədir. Cəhənnəm gələcəkdə deyil. İndi burdadır. Yəni insan əsəri oxuyub ya da filminə baxıb iki cür vəziyyətə düşə bilər: 
1) Allaha şükür edəcək ki, heç vaxt belə vəziyyətə düşməyib. İnşallah da düşməz 
2)  Öz həyatını ya da ona yaxın bir vəziyyəti görə bilər 
Watanabın xasiyyətinə mən heyran qaldım. Çox mülayim,üzüyola,mehriban,insanı başa düşən. Həmən həmən hər insanla olmasa da bir çox insanla rahatca yola gedə bilən insandır. Digər bir məsələ isə ondan ibarətdir ki, problemləri olan insanlar rahat yaşayan, müəyyən qədər xoşbəxt olan insanları da buna şərik edirlər ki, bu məncə haqsızlıqdır. İnşallah haqsızlığa məruz qalmazsınız.
Bu arada Haruki Murakaminin çox maraqlı və zövqlü internet saytı mövcuddur. Sayta buradan keçid əldə edə bilərsiniz. 

P.S. Haruki Murakami - Norwegian Wood Bu linkdən faydalandığım üçün sahibinə təşəkkür edirəm.
       

Comments

  1. Haruki Murakaminin "Norveç meşəsi" romanı 2012 -ci ildə oxuduğum sonuncu roman olmuşdu. Və bitirən kimi də keçən ildə oxduğum ən gözəl 3 əsər sırasına daxil oldu. Yazıçı özü vaxtilə caz-bar işlədib, yemək reseptləri ilə bağlı geniş biliklərə malikdir. Və bu məsələlər barədə romanda zəngin və maraqlı məlumatlar var. Mən demək olar oxuya-oxuya romanda adını çəkdiyi bütün musiqilərə qulaq asmağa çalışırdım )
    O ki qaldı Vatanabeyə... Mən də onun xarakterini çox bəyəndim. Amma ən çox nədənsə Reiko obrazından xoşum gəldi. Onun danışığı, musiqini o cür şövqlə sevməsi və Kizukiyə qayğıkeş münasibəti və s. Midori obrazı da yaxşı işlənmişdi. Sərbəst, komplekssiz məhəbbətini dilə gətirə bilən və açıq - saçıq olduğu qədər də səmimi və küskün (bəli küskün)
    Bəli hər kəsin oxumasını istədiyim və bəyənəcəyinə əmin olduğum romanlardan biri...

    ReplyDelete
    Replies
    1. Mən Murakaminin ümumilikdə 3 kitabın oxumuşam. Murakami yaradıcıllığı fərqlidir. Heç də hamı xoşlamır. Heç də hamı başa düşə bilmir. Mən çox sevirəm. Xüsusiylə "Sərhəddən Cənuba, Günəşdən Şərqə" kitabı mənə öz həyatımı danışmışdı. Bir çox doslarıma məsləhət görsəm də Murakamini meyl eliyən azdı. Oxşar yazılar:
      1) http://niftiyevibrahim.blogspot.com/2012/11/haruki-murakami-qacs-deyrkn-nyi-nzrd.html
      2) http://niftiyevibrahim.blogspot.com/2012/10/haruki-murakami-srhddn-cnuba-gunsdn-srq.html
      3) http://niftiyevibrahim.blogspot.com/2012/10/murakami-axtarsnda_26.html

      Delete
    2. bunun hec olmasa filmine baxmaq olar?

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi