Posts

Showing posts from December, 2016

Maksim Qorki - Qarı İzerqil

Image
Максим Горький -  Старуха Изергиль Dankonun əfsanəsi həqiqət və cəsarət kimi azadlıq carçısı anlayışlara çox gözəl toxunur. Qorkini "nədənsə" olan azadlıq yox, "nəyinsə naminə" olan azadlıq maraqlandırır. Dankonun əfsanəsi ədəbi əfsanə janrıdır və məhz bu janrın imkanları ona şərait yaradır ki, əbədi həqiqət və suallar haqqında qısa, amma çox iti ismarıclar ötürülsün. Larra və Danko kimi bir-birinə zidd iki əfsanəvi insan haqqında söhbət açaraq yazıçı kəskin kontrast yaradır və bir-birinə belə zidd insaları cəmiyyət ilə münasibətlər rakursundan təsvir edir. Bütün bu məqamlara görə "Qarı İzerqil" möhtəşəm əsərdir və mütləq rus klassikasının timsalında oxunmalı olanlardandır. 

Erix Fromm - Azadlıqdan qaçış (+Qeydlərim)

Image
Əgər insanlıq azadlığın özü ilə gətirdiyi təhlükə və məsuliyyətlərlə birlikdə yaşamağa öyrəşməsə, onda avtoritarizm bərqərar olacaq. İlk dəfə 1941-ci ildə nəşr olunan və indiyədək aktuallğını zərrə qədər də itirməyən, dövrünün və eləcə də müasir zamanın ən öncül düşünürlərindən olan Erix Frommun "Azadlıqdan qaçış" əsərinin məğzini də məhz bu məqam əmələ gətirir. Avtoritat sistemlərin təhlilindən yola çıxaraq, demokratiyanın individə bəxş etdiyi yadlaşma, yalnızlıq və izolyasiya kimi məsələlərin mahiyyəti və köklərindən söhbət açılır. Psixoanalitik məlumatlara əsaslanaraq müasir cəmiyyətlərin xəstəliklərinə diqnoz qoyan Erix Frommun dilindən müasir insanın totalitar qayda-qanunları tələb etməsini öyrənmək çox qəribə oldu açığı. Əsl qaçışdır, azadlıqdan qaçış da budur.

İqtisadiyyat: istifadəçinin bələdçisi - Ha-Cun Çan (+Qeydlərim)

Image
EN: Ha-Joon Chang - Economics: The User's Guide RUS: Ха-Джун Чанг - Как устроена экономика   Bir çox iqtisadçılardan fərqli olaraq Kembric Universitetinin professoru Ha-Cun Çan bizə klassik iqtisad məktəbindən keynesyan nəzəriyyəyədək olan nəzəriyyələri bir-bir sıralayaraq onların hansı güclü və zəif cəhətlərə malik olduğunu göstərməyə çalışır. "İqtisadiyyat: istifadəçinin bələdçisi" iqtisadiyyata giriş xarakteri daşısa da, müəllif bizə qloballaşmış dünyamızda bir-biri ilə kifayət qədər mürəkkəb münasibətlərdə olan iqtisadi və maliyyə mexanizmləri və qurumları haqqında reallıqları əhatə edən kitab təqdim edir. Təqdirəlayiqdir ki, müəllif hansısa konkret iqtisadi və ya siyasi ideologiya çərçivəsində nə isə təqdim etmir, nəyisə hərarətlə müdafiə edib, nəyisə də təkzib etmir, əksinə obyektiv düşüncəni və məntiqi qane edəcək dərəcədə maraqlı iş sərgiləyir. Bu da oxucuya imkan yaradır ki, özü müstəqil surətdə təhlillər aparıb müəyyən nəticəyə gələ bilsin. Bu baxımdan, kit

Akutaqava Rünoske - Kappa

Image
RUS: Рюноскэ Акутагава - В стране водяных ENG: Ryūnosuke Akutagawa - Kappa "Su məxluqları" ölkəsində adlı kiçik hekayə 20-ci əsrin əvvəllərinə Yaponiyanın inanılmaz dərəcədə estetik yazılmış satirasıdır. Əsər həm də Akutaqava Rünoskenin özünə olan tənqidi utopiyasıdır. Məişətin lazımsız və bəzən də idbar xırladıqlarından qaçmaq üçün özünü uydurma kappa ölkəsinə proeksiyalayan yazıçı, tamamilə ona yad cəmiyyətin timsalında özünü kəşf etməyə başlayır. "Mən öz hekayəmi nağılvari canlılarla təchiz etdim və onların arasında özümü gizlətdim" deyir yazıçı. Onun süjetində fantastika, reallıq və incə psixologizm inanılmaz ustalıqla birləşir və zərgər incəliyi ilə insan cəmiyyətinin yeni yaranan problemləri işıqlandırılır.

Niftiyevin bloqu - 5 yaş!

Image
21 dekabr 2011-ci ildə ilk postu paylaşaraq şəxsi bloqumun əsasını qoydum. Bu gün artıq 600-ə yaxınlaşan post sayı ilə pis-yaxşı Azərbaycan internet məkanına nə isə təklif edə bilirəm.

Florensiyalı Cadugər - Salman Rüşdi

Image
RU: Салман Рушди - Флорентийская чародейка EN: Salman Rushdie - The Enchantress Of Florence Bu hekayə hamının tarixidir, əsasən də bir şəxsiyyətin tarixidir. Dünyamız inanılmaz hadisələrlə doludur, ən əsası da onlar istənilən an doğru çıxa bilər. Keçmişin işığını düzgün olaraq istiqamətləndirməyi bacaranda isə, indiki zamanı hər şeydən daha yaxşı işıqlandırmaq mümkün olur. Böyük Moğol imperiyası, qüdrətli Əkbər şah, öz filosof və rəssamları, əsgər və fahişələri ilə 16-cı əsrin möhtəşəm Florensiyası, dövrünün parlaq zəkası olan Nikkolo Makiavelli və böyük coğrafi kəşflər. Hər bir hissəsi tarixin və müəyyən hekayənin bir çalarını özündə ehtiva edən bax belə bir ecazkar mozaika parçası kimi qarşımıza gətirilib qoyulub. Tapmacanı tapmaq, tarixdən zövq almaq və keçmişi bu günə daşımaq, fantastik bir şey kimi səslənsə də, əslində tayı bərabəri olmayan zəngin təxəyyül sahibi yazıçının mümkün edə bildiyi ən adi şeylərdən biridir.

Həyatımı dəyişən 5 kitab

Image

Semuel Beket - Mörfi

Image
EN: Samuel Beckett - Murphy RU:  Сэмюэль Беккет - Мерфи "Mörfi" Semuel Bekettin 1938-ci ildə Londonda nəş olunmuş ilk əsəridir. Yazıçı  öz əsərinin fransız dilinə də şəxsən tərcümə edib və tərcümə olunmuş əsər 1947-ci ildə Fransa da işıq üzü görüb. Əsərin mərkəzində Mörfi adlı bir şəxsin qəribə, həm də tragik özünütapma və ətrafına uyğunlaşma cəhdlərindən bəhs olunur. Romanın dili olduqca xaotikdir və süjet xətti çoxşaxəlidir. Əsəri oxusam da, heç bəyənmədim. Bəyəndiyim məqamlar isə çox az oldu. 

Bernar Verber - Bizim dostlarımız insanlar

Image
RU: Бернард Вербер -  Наши друзья Человеки  FR:   Bernard Werber -   Nos Amis les Humains Özünü şüşə qəfəsdə tapan bir kişi nə hiss edər? Bəs yaxşı, birdən-birə onun cazibadər qonşusu, gözəl bir xanım peydə olsa, bunu necə başa düşsün? Deyəsən bu kişi və qadın hansısa təcrübənin, qorxulu zarafatın, ya da bilinməyən nə isənin qurbanına çevriliblər. Kimdir onları oğurlayan? Bernar verber bu dəfə bizə realiti şou xarakterində yazılmış bədii əsər təqdim edir. Fransa teatrlarında uğurla tamaşaya qoyulan əsər, insan psixologiyasına aid maraqlı məqamları ifşa edir, bəzi şeyləri aydınlığa qovuşdurur və ən əsası absurd mübaliğə vasitəsi ilə ənənəvi mövzuya alternativ baxış tərtib edərək bizə qlobal xarakter daşıyan reallıqları bir daha xatırladır. 

Çovdarlıqda uçurumdan qoruyan - Cerom Selincer

Image
Əsas qəhrəman 16 yaşlı Nyu Yorklu Holdin Kolfilddir. Müəyyən səbəblərə görə o, Pensilvaniyadakı məktəbini tərk edərək 3 günlük Nyu Yorka səyahət edir. İlk baxışda bu oğlan bizlər üçün çox sadə və ya çox mürəkkəb görünə bilər, amma onun haqqında nə isə rəy verməyə əsla tələsməməliyik. Onun ətrafı və onun özü arasında yaranan qəribə münasibətlər bizi qəribə bir dünyaya dartıb aparır. Əslində biz həmin dünyanı tanıyırıq, elə həmin dünyada yaşayırıq, lakin ona fərqli baxaraq, həmin dünyanın fərqli bir yer ola biləcəyini başa düşürük ki, bu da öz növbəsində əvəzsiz ədəbi təcrübə formalaşdırır. 

Əlinin 8 günü - Alinin 8 günü

Image

İçimizdəki balıq - Nil Şubin

Image
ENG: Neil Shubin - Your Inner Fish: A Journey into the 3.5-Billion-Year History of the Human Body RU: Нил Шубин - Внутренняя рыба. История человеческого тела с древнейших времен до наших дней Biz niyə görə belə görünürük? İnsanın milçək qanadı ilə oxşar cəhətləri nələrdir? Böcəklər, balinalar və tər vəziləri necəsə bir-biri ilə əlaqədardırlarmı? Bədənimzin iş prinsiplərini başa düşmək və bir çox ölümcül xətəliklərin qarşısını almaq üçün, biz gərək onların mənşələrinə nəzər salaq. Bunun üçün qurdalar, milçəklər və balıqları bizə yaxından kömək edə bilərlər. Necə? Bax bu sualın cavabı "İçimizdəki balıq" kitabındadır. Onu tapmaq üçün paleontoloji qazıntılar aparmağa ehtiyac yoxdur. Bunu bizim yerimizə Nil Şubin artıq edib. 😏

Müasir insan, ya da vaxtı keçmiş yanaşmalar

Image
Diqqət! Bu yazı sizin yanaşmalarınıza perpendikulyar xarakter daşıya bilər! Məhz yanaşmalar. Fikirlər, düşüncələr, paradiqmalar, ya da bunlara oxşar başqa terminologiya deyil, məhz yanaşmalar, çünki yalnız yanaşandan sonra nə isə etmək, ya da etməmək olur. Baxıram görürəm ki, son vaxtlar biz irəliyə, qabağa, nə bilim, bilmirəm başqa cür necə yazım ki, başa düşəsiniz, uzağa, odey orda görünən keçici bayrağın yanına gedib-çıxamq əvəzinə, tez-tez geriyə çevrilib baxırıq. Qınamıram, bəzən insanlar valideynlərinin onlara ötürdüyü əql irsi sayəsində yaddaş və xatirələr dirilməsinə məruz qalırlar. Baxırsan görürsən ki, birdən-birə kimsə çönüb olur "A" qrupunun davamçısı, filankən "B", bəhmənkəs də "C" qrupunun fikirlərini propoqanda edir. Ya da oturub söhbət edirsən cavan-cavan yoldaşlarla görürsən ki, adamlar dərkedilmə xüsusiyyətindən məhrum anlayışlarla maraqlanıb özlərini həlak edirlər onların uğrunda. Mən də cavanam, amma az-maz yaşım artıb artıq. Yavaş-

İntuisiya və beyin - Yudcin Sedler-Smit

Image
Eugene Sadler-Smith - The Intuitive Mind: Profiting from the Power of Your Sixth Sense Yəqin ki sizdə də elə olub. Hansısa imkanın, qərarın və ya məlumatın yaxşı nəticələnəcəyini və ya tam əksinə, pis nəticələnəcəyi haqqında "nə isə" hiss etmisiniz, necə deyərlər öz "altıncı hiss" inizlə. Deməli, bizdə həqiqətən də, nə isə qeyri-adi bir bacarıq var. Biz bunu intusiya olaraq adlandırırıq. Əslində isə, onun analitik ağlımız və digər əqli fəaliyyətlərimizlə əlaqəsi çox böyükdür. Yudcin Sadler-Smitin "İntuisiya və beyin" kitabı bizə intuisiyamızla əlaqədar bütün mənzərəni tam görmək və dərk etmək üçün maraqlı mənbə rolunu oynaya bilər.

Bob adlı küçə pişiyi - Ceyms Bouen

Image
James Bowen - A Street Cat Named Bob: How One Man and His Cat Found Hope on the Streets Джеймс Боуэн - Уличный кот по имени Боб "Bob adlı küçə pişiyi" romanı küçələrdə özünə həyat qazanmağa çalışan Ceymsin (yazıçının özünü) və onunla dostlaşan sarı pişik Bobun başına gələn macəraları əhatə edir. Bu dostluq onların ikisinin də həyatını dəyişir və daha maraqlı, daha ümid dolu günlərə aparır...

Devalvasiya bədii dil ilə: xatirələrim

Image
Düz bir il bundan öncə idi. İş yerimə gəldim, iş yoldaşlarımla salamlaşdım və ənənəvi olaraq günə media portalların bizlərə nə təqdim etdiyini yoxlamaq üçün internet məkanda var-gəl etdim. "Hehe, 1 dollar 1.55 AZN" olub deyib sözü otaqda qəfəsdən buraxılan bülbül kimi azadlığa buraxdım. Bülbül hamının çiynində növbə ilə oturandan sonra qayıdıb öz qəfəsinə girdi. Azadlıq xoşuna gəlmədi.  

Neon iblis - The Neon Demon - Неоновый демон

Image
Dünyanın daxilində mütləq boşluq yerləşir. Bu boşluğun içində diqqətəlayiq nə isə, ya da ən azından həqiqətə yaxın nə isə varsa, o da gözəllikdir - Dzünitoro Tanidzaki 16 yaşlı cazibadər Cessi (Jesse) Los Ancelasa gələrək müvəffəqqiyətli model olmağı arzulayır. Din (Dean) adlı gənc fotoqraf ona bu işdə köməklik edir. Sahədə inamla addımlamağa başlayan Cessi hamının diqqətini özünə çəkir. Qısa müddət ərzində ətrafında olan bütün qadınlar onun gözəlliyinə və gəncliyinə paxıllıq etməyə başlayır. Bu paxıllıq idarə edilməz dərəcəyə çatanda isə heç kimin gözləmədiyi hadisələr baş verir. "Neon iblis" qadın qəzəbi, qısqanclığı və rəqabəti, ən əsası isə qadın gözəlliyi haqqında estetik və vizual baxımından olduqca özünəməxsus filmdir.

Noyabr (2016) ayının audio icmalı

Image