Maksim Qorki - Qarı İzerqil

Максим Горький - Старуха Изергиль Dankonun əfsanəsi həqiqət və cəsarət kimi azadlıq carçısı anlayışlara çox gözəl toxunur. Qorkini "nədənsə" olan azadlıq yox, "nəyinsə naminə" olan azadlıq maraqlandırır. Dankonun əfsanəsi ədəbi əfsanə janrıdır və məhz bu janrın imkanları ona şərait yaradır ki, əbədi həqiqət və suallar haqqında qısa, amma çox iti ismarıclar ötürülsün. Larra və Danko kimi bir-birinə zidd iki əfsanəvi insan haqqında söhbət açaraq yazıçı kəskin kontrast yaradır və bir-birinə belə zidd insaları cəmiyyət ilə münasibətlər rakursundan təsvir edir. Bütün bu məqamlara görə "Qarı İzerqil" möhtəşəm əsərdir və mütləq rus klassikasının timsalında oxunmalı olanlardandır.