Həmid Herisçi - SSSR

Deməli kitabı iki hissədə dəyər-ləndirmək olar. İlk 22 səhifə və 22 səhifədən sonrakı hissə. Birinci hissədə yazıçı “semiotika” (rəmzlər aləmindəki sözü, şeiri, nəsri öyrənən sahə çağdaş filologiyada semiotika adlanır) elmi haqqında məlumat verib onun ətrafında süjet quraraq, Stalin-Trotski münasibətlərindən, Sovet cəmiyyətində yaşayan fərdlərin yuxarılar tərəfindən cızılmış lazımi inkişaf yolu, Dədə Qorqud fenomeninə öz yanaşması haqqında məlumat verir. Stalin-Trotski münasibətləri və ardınca da “Xəzər Sahilində” başlığı altında bəzi qapalı mətnlərin şərhi olduqca maraqlıdır.