John Steinbeck - The Moon Is Down - Ay Battı

John Steinbeck bu romanıyla fərqli mövzuyla qarşımıza çıxır. Müharibənin insanı həm fiziki həm də ruhi olaraq necə əridib, tükətdiyini böyük usdalıqla izah edir. Əsir götürənlərlə götürülünlərin niyə döyüşdüklərini, nə vaxta qədər döyüşəcəklərini təxmin edə bilməyən insanların düşdükləri müşgülü, başqa sözlə müharibədən çox döyüşçüləri insani yanaşma tərzi ilə araşdırır yazar. Ay batdı həcmcə kiçik kitab olsa da çatdırmaq istədikləri böyük olduğundan böyük romandır. Ay batdı,insan şərəfini, cəsarətini, sevgisini hər şeydən üstün tutan və sivil yaşam tərzinin vacibliyini vurğulayan bir əsərdir. Uzun müddət əsir götürülən və əsir götürən insanlar düşməncə hisslərlə yaşayırlar. Gün gəlir və əsir götürənlər öz əsirliklərinin fərqinə varırlar. Ətrafları düşməncə davranış və baxışlarla mühasirəyə alınmışdır. Ay batdı şərait nə olursa olsun insanın insansız və insanlıqsız ola bilməyəcəyini izah edən böyük bir romandır. Kitab Almanların Norveçin müharibə anlayışını unutduğu kəndi mühasirəy...