Mən çox da şeir oxuyan deyiləm. Poeziya və şeir mənim üçün həqiqətən də çox həssas məsələdir. Orta yol yoxdur. Ya möhtəşəm olmalıdır, ya da heç nə. Özü də orta məktəb illərində formalaşmış şeir zövqüm elədir ki, mənə görə şeiri nə isə musiqili, ahəngdar və emosiyadolu məfhum kimi anlamağa vadar edir. "Meqapolis hüznləri"ndən 4-5 şeir oxumuşdum ki, bir ürəyim sıxıldı ki, gəl görəsən. Düşünmək olar ki, bu şairin uğurudur. Şeirlər kitabının adı kimi oxucunu hüznə qərq edir, amma di gəl ki, ürəyim ədəbi uğurun nəticəsində şüurumda və ya dərketməmədə yaranmış xüsusi bədii atmosferə görə yox, antişeir anlayışının müəllifin yazı üslubuna proeksiyalanmasının nəticəsində belə oldu. Yazdığı misralarda "Azercell" kimi kommersiya markasını xatırladan, Röya və Aygün Kazımova kimi şou-biznes nümayəndələrinin başına qurub-quraşdırdığı tənqidini qeyd edən, ictimai nəqliyyatdan istifadə edərkən emosional fonunun dəyişməsini təsvir etməyə çalışan Qismət, mənə bir neçə dəfə oxuduqlar...