İtan Rasiel - MakKenzi metodu - Итан Расиел - Метод McKinsey -

Deməli bu dəfəki qiraət obyektim, kifayət qədər çox faydalanacağımı düşünərək oxuduğum "MakKenzi metodu" kitabı oldu. Başladım oxumağa, kitab da öz növbəsində başladı biznes problemlərdən, biznes problemlərin həllinin necə vacib və heç də sadə olmayan bir şey kimi bizlərə təqdim edilməsindən. Bu mövzular və onlara dair məsləhətlər ilə başlayan kitab elə bu mövzuda da sonlandı. Nəticədə biz "MakKenzi" adlanan dünyaca məşhur konsaltinq şirkətinə kənardan quşbaxışı bir baxışa - ekskursiyaya nail olduq. Lakin kitabın adında yer alan "metod" sözü ilə əlaqədar olan biznes problemlərin həllinə aid dəyərli və sanballı məsləhətlər çox-çox az oldu. Əgər biznes problemlərin həllinə aid hər hansı nəzəriyyələr, üsullar, yanaşmalar və ya məsləhətlər olsa idi, onda kitabı əhəmiyyətli hesab etmək olardı. Çünki konkret problemlər elə konkret də çıxış yolları tələb edir. Oxşar xüsusiyyətli problemləri qruplaşdırsaq və onlara yanaşma tərzləri inkişaf etdirsən ortaya dəyərl...