Məni düşündürənlərdən - Harry Escott - Unravelling

Bu musiqi sanki məndən hesabat alır. Düşün. Fikirləş. Nələr etdin? Etdiklərinlə razısan? Etdiklərin kimlərə ziyan vurdu? Bəlkə bu vəziyyətdən çıxasan? Bir dəfə də cəhd elə. Digər tərəfdən də musiqi mənə sona çatan maceranı xatırladır. Son notlar, son ahənglər, son səslənmələr, son seçimlər. Musiqi mənə vicdan əzabını, təəssüf, məyusluq hissini xatırladır. Yalanlar haqqında düşünürəm. Bizə uşaqlıqdan bəri söylənilən yalanlar haqqında. Böyüdükcə formasını dəyişir, müxtəlif qılıqlarda qarşımıza çıxır. Təkcə belə olsaydı dərd yarı. Musiqi mənim özümü necə aldatdığım haqqında düşünməyə vadar edir. Necə özümü uyuşdurduğumu və ümid adlanan böyük güc və illuziya qaynağından imtina etdiyimi. Musiqi məni niyə iddialı olmadığım, niyə tez təslim olduğum və yorulduğum haqqında düşünməyə vadar edir. Sigmound Freud sevdiyimə görə tez-tez onun fikirlərini xatırlayıram (əlbəttə bütün fikirlərinə qatılmıram). “Hər şeyin bir səbəbi var” deyir Freud əmi. Yuxarıdakıların səbəbi nədir görəsən? Bu mu...