Dostunun qisasını aldıqdan sonra Con Uik praktiki olaraq kriminal dünyaya geri dönmüş "pis təqaüdçü" adını qazanır. Talenin qəribə ironiyası onun həyat yoluna hələ çox maneələr düzür...
Bu dəfə Kianu Rivas bizə Con Uiki başqa yöndən tanıtdırmaqda heç bir əlavə səyə imza atmasa da, rejissor Çed Stahelski (Chad Stahelski) əlindən gələni edib ki, atışmalar daha estetik və incə vibrasiyaların fonunda baş versin. Fikrimi aydınlaşdırsam, bu o demək olar ki, hadisələrin tarixi məkanlarda, muzeylərdə və müasir sərgilərdə baş tutması bir tərəfdən bizi zövq cəhətdən qıdıqlayırsa, digər tərəfdən də Con Uikin möhtəşəm özünə əminliyi və şarmı bizim adrenalin ifrazımıza müdaxilə edir. Baş verənlər, sanki hamının bilmədiyi, tanımadığı, ən əsası başa düşmədiyi dünyada cərəyan edir. Buna rəğmən, qeyri-real, fantastik və yaxud da mübaliğəli heç bir element iştirak etmir. Lokallıqların dili ilə nə isə qlobal bir şey yaratmaq heç də asan vəzifə deyil. Filmin öz fəlsəfəsi, yeni dəst-xətti var. "Con Uik 2" isə bu müstəvidə birmənalı olaraq uğurlu ikinci addımını atıb deməyi özümə borc bilirəm.
Ümumiyyətlə əgər söhbət üslubdan gedirsə "Con Uik" hələ 2015-ci ildə bizə nə isə fərqli bir atışma və əlbəyaxa janr nümayəndəsi kimi əyan oldu. Biz ortada sadəcə maskulin qəzəblər münaqişəsini deyil, yaxşı düşünülmüş reallıq və maraqlı süjet ilə üz-üzə olduq. "Con Uik 2" isə birinci hissədəki hadisələrin genişlənmiş, daha geniş və daha əhatəli təzahürüdür. Beynəlxalq mafia-quldur şəbəkəsi, onların ikili standartları bu dəfə bizə turist vizası olmadan səyahət etməyə hər cürə şəraiti yaradır.
Hər dəfə Con xarici aləmə öz "təqaüd"ü haqqında xəbərnamə göndərəndə, xeyri olmur ki, olmur. Qəribə qüvvə yenə də onu qaçmaq istədiyi dünyadan dartıb geri gətirir. Belə məqamlarda ssenaristlərin manipulyasiyaları açıq-aydın görsənir, amma o nə isə yad bir şey deyil, kifayət qədər məntiqli və normaldır. Yoxsa "Məğlubedilməzlər"dəki kimi ucdantutma süjet və ssenari bizə elə təəssürat bağışlayır ki, sanki süjet də, ssenari də onlayn dükandan pulla alınıb və filmə tətbiq edilib. "Con Uik 2"də isə belə deyil. Başlanğıc hələ debütdə qoyulmuşdu, ikinci hissənin də öz başlanğıcı, kuliminasiya nöqtəsi və sonluğu oldu, lakin deməzdim ki, ikinci hissə "Con Uik" filminə nöqtə qoydu. Təbii ki, filmin çəkiliş heyəti onun uğurlu nəticələrini dadıb və Kianu Rivasın möhtəşəmliyinin ləzzətini çəkib üçüncü dəfə də belə bir işə imza atmağın zövqünü nəzər alıblar. Sonluq açıqdır və üçüncü hissənin çəkilişləri ilə əlaqədar xəbər eşitsək, təəccüblənməyək zəhmət olmasa.
Hər iki hissənin ən uğurlu nöqtəsi fonun yeni, xaotik, lakin müasir urbanizmlə dəstəklənmiş əlvan elementlər çoxluğundan ibarət olmasını göstərmək olar. Bu qatın üstünə fasiləsiz tapança və digər odlu silahların səsi layını əlavə edəndə insanın qan-damar sistemini ikiqat sürətlə işləməyə məcbur edəcək metafizik yanacaq növünün varlığına inanmalı oluruq. Silah və əlbəyaxa xoreoqrafiyası, əsrarəngiz səhnəarxası böyük stavkalı oyunlar və romantik keçmiş bizə "Con Uik" əfsanəsini izah edir. Əlavə olaraq "İkinci hissə"də "Birinci hissə"dən fərqli olaraq biz müəyyən müddət avtomobillərin münaqişəsini də görürük. Mühərriklərin nəriltisi uzun çəkməsə də, xüsusilə filmin giriş hissəsində bizi zəruri atmosferə qərq edə bilir. Birinci hissədə avtomobil elementi əsasən mübahisə obyekti və şəxsi "azadlıq" məkanı kimi təsvir olunmuşdu. Bu dəfə isə həmin "şəxsi azadlıq" əsir alınır, xilas edilir, əzilir, döyülür və ümid edilir ki, yenidən ayağa qalxa biləcək. Bu məqamda simvolizmdən kifayət qədər uğurlu istifadəni görürük və diqqətli olanda isə Conun yeni adsız dostunun mırıltısını da eşidirik.
Hər şey bir kənara, kriminal aləmdə Con Uikə hamı olmasa da, lazım olan adamlar hörmət edirlər, onu başa düşürlər və necə düzgün və vicdanlı birisi olduğunu anlayırlar. İkinci hissədə biz bunun əyani sübutlarını müşahidə edirik. Obrazlararası münasibətlər birmənalı olaraq Conun xeyrinə nəticələnir. Merkantil və oportunist obrazlar belə onun adı qarşısında əriyirlər. Çox xoş məqamlardan biri də aktyor Lorens Fişbörnün (Laurence Fishburne) iştirakı oldu. Rejissor və digər çəkiliş heyəti tam rahat olsun ki, "Xarabalıq kralı"nın "Mən Con Uiki çoxdan tanıyıram" deməsini mən çox yaxşı başa düşdüm. Bu üstüörtülü ismarıc "Matris" filmində Kianu Rivas ilə Lorens Fişbörnün əfsanəvi və təkrarsız performansına olan nostaljik işarə idi və etiraf edim ki, belə yerli-yerində edilmiş işarə kinematoqrafiyada azdır. Rikardo Skamarkio (Riccardo Scamarcio), Yan Makşeyn (Ian McShane), Kommon (Common), Lens Redik (Lance Reddick) və Klaudia Gerini (Claudia Gerini) bu mozaik kombinasiyanın mükəmməl parçaları kimi ən müasir tarixi yazdılar. Bu qəribə dünyanın istər xarici görünüş cəhətdən, istərsə də daxili aləmləri baxımından ideal tamamladılar.
Uzun sözün qısası, "Con Uik"in birinci və ikinci hissəsi bizə stilistika baxımından tam yeni atışma və əlbəyaxa filmi təqdim edir. Bu üslub müasir izləyiciyə daha doğmadır, çünki pafos və şişman mübaliğə yoxdur. Con Uik bir obraz kimi zamanın sınağından çıxdı. Film kimi isə bir çox yeniliklərə imza atdı.
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
Александром Беляев - Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...
Comments
Post a Comment