Oliver Saks - Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar
İyirminci əsrin ən tanınmış nevroloqlarından biri olan Oliver Saks tərəfindən yazılan "Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar" bizə nevroloji xəstəliklərdən əziyyət çəkən insanların dünyasına səyahətə dəvət edir. Müəllif bizə intellektual və əqli xəstəlikləri yaranan insanların problemlərini həm bədii, həm də elmi cəhətdən izah edir: insanların sifətlərini və ümumi əşyaları dərk etməyən, yaddaşını və keçmişinin böyük hissəsini itirən, ətrafları sahibinə yadlaşan və digərlərinin. Oliver Saksın möhtəşəm bədii təhkiyəsi sayəsində, kitabı oxuyub bitirdikdən sonra biz müxtəlif nevroloji problemlərlə mübarizə aparan insanların nələr hiss etdikləri haqda tam və dolğun təsəvvür sahibinə çevrilirik. Kitabın məzəli adı kimi, mündəricatı da olduqca zəngindir. Müxtəlif kiçik və orta həcmli hekayələr bizə nevroloji patologiyalardan əziyyət çəkən insanlarla tanış edir. Kitabı oxuyub bitirdikdən sonra həm təcrübəli və savadlı bir həkimin, həm də bütün bu problemlərdən əziyyət çəkənlərin hansı çətinliklərlə üzləşdiklərini görürük.
![]() |
Oliver Saks |

Nə demək olar. Bütün bu hekayələri oxuduqca insanın içində bütün o xəstəliklərdən əziyyət çəkən insanlara qarşı möhtəşəm empatiya oyanır. Bir daha başa düşürük ki, xəstələnən insan, əziyyət çəkən insan, dava-dərmanlardan qat-qat çox diqqətə və qayğıya, insan istiliyinə və başa düşülməyə ehtiyac duyur. Valeriy Sinelnikov "Öz xəstəliyini sev" kitabında dəfələrlə qeyd edirdi ki, xəstəlik insanın kainatla ola əlaqəsinin kəsilməsinin nəticəsi olub, ona verilən şansdır ki, bir daha daxili dünyasına səyahət edib harmoniyanı bərpa etsin.
Heç vaxt heç bir nevroloji xəstəliyə tutulmamaq arzusu ilə.
Comments
Post a Comment