Apokalipsis - Apocalypto - Апокалипсис
Güclü sivilizasiyanı kənardan məhv etmək mümkün deyil, o vaxtadək ki, o öz-özünü daxildən məhv etməyə başlasın. - Uill Dyuran.

Günlərin bir günü Bəbirin Pəncəsinin başına faciələr gəlir. Onun kəndini qonşu qəbilə işğal edir, evləri yandırır və yerli sakinləri əsir götürür. Əsirləri şəhərə aparırlar ki, onları qurban gətirsinlər. Ölümün gözünə dik baxarkən, Bəbirin Pəncəsi bütün qorxularına qalib gəlməli və həyatda onun üçün ən dəyərli insanları xilas etmək üçün geri dönməlidir...
Haqqında çox eşitdiyim "Apokalipsis" filmini izləməyə müvəffəq olduğum və zəngin emosional təəssüratlarla ayrıldığım üçün çox şadam. Emosional təəssürat bəlkə də, bu film üçün olduqca zəif bir termin kimi görsənə bilər, amma filmin emosiya yükü o dərəcədə möhtəşəmdir ki, izləyici filmə baxmağa başladıqdan bir müddət sonra özünü baş obrazın və eləcə də bütün digər obrazların başına gələnlərlə assosasiya etməyə başlayır. Bütün bunlara realizm yükünü də əlavə etmək mümkündür. Başqa sözlə, filmdə baş verənlərin təsviri izləyicinin daxilində rəngarəng emosiyaları, sanki, yuxudan oyadır. Filmin malik olduğu dramatizm, xeyir və şər haqda olan bütün təsəvvürləri bir daha gözlərimizin qarşısına gətirir.
![]() |
Bəbirin Pəncəsi |
Bir başqa maraqlı və yaddaqalan epizod kimi filmin sonunda ispanların sahilyani ərazilərə gəlişini göstərmək olar. Bu məqam olduqca maraqlıdır. Astek və Maya mədəniyyəti haqda biliklərim bir o qədər də zəngin olmasa da, müstəmləkəçilərin yeni ərazilərə bir qayda olaraq istismar və ölüm gətirdiklərini təxmin etmək də çətin deyil. "Yeni həyat axtarışına gedirik" deyən Bəbirin pəncəsi, görəsən yeni faciənin fərqində olaraq bunu deyir, yoxsa, sadəcə hadisələrin təbii axını ona belə bir plan qurmağa vadar edir?
Yazını Daşlı Səma və Bəbirin Pəncəsi (ata və oğul) arasında keçən maraqlı söhbət ilə yekunlaşdırmaq istərdim:
- Bilirsən sən həmin insanlarda nə gördün?
- Bilmirəm.
- Qorxu. Daxildən məhv edən qorxu. Fərqinə vardın? Qorxu xəstəlik kimidir. O onunla qarşılaşan hər bir kəsin qəlbinə yol tapır. Qorxu artıq sənin daxili sakitliyini də dağıdıb. Mən səni ona görə böyütməmişəm ki, sən qorxu içində yaşayasan. Onu qəlbindən qov, onu burada qoy. Səhər dan yeri söküləndə, qəbilənin ağsaqqalları ilə birlikdə əcdadlarımızın müqəddəs təpəsində toplaşacağıq. Onların ruhu bizə düzgün qərar verməkdə köməkçi olacaq.

Вова
ReplyDelete