Keti Merkur ilə kiçik müsahibə - A little interview with Kathy Mercure

Dostlar, bloqumda ilk dəfə olaraq video-bloq bölməsini açıq elan edərək ilk işimi ortaya qoyuram. Belə ki, zamanla müxtəlif maraqlı videolarla qarşınıza çıxacam. Bunu etməkdə əsas səbəb vizual kontentin getdikcə daha çox rəğbət qazanması və izləyici və yeni dostlar qazanmaqda daha böyük potensiala sahib olmasıdır. 

Keti Merkur ilə kiçik intervyu "Bələdçili yazı təcrübəm" bloq yazısına dəstək olaraq Keti Merkurun mentorluğu altında təşkil olunan yaradıcı yazıçılıq kursu haqda və bəzi əlavə mövzulara aid ona ünvanladığım sualların ətrafında formalaşan səmimi və dostcasına olan söhbəti əhatə edir. Xahiş edirəm nəzərə alasınız ki, videonun keyfiyyəti yüksək deyil. Video ingilis dilindədir və hələ ki azərbaycan dilində alt yazı əlavə etmək imkanım (vaxt və zəruri texniki biliklər) olmadı. Gələcək postlarda bu məqamı mütləq nəzərə alacam. 


Comments

  1. Thank you so much for doing this Ibrahim!

    kathy mercure, storyteller

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi