Maksimum özünəinam!


Bu yaxınlarda Phd Mişel Poffun mentorluğu altında "Maksimum özünəinam: sübut olunmuş elmi üsullar" (Maximum Confidence: Proven Scientific Techniques) adlı onlayn kurs ilə qarşılaşdım. Kursa başlayan kimi kursun müəyyən fərqlərinin olduğunu gördüm. İndiyə qədər iştirak etdiyim kurslardan fərqli olaraq bu kurs Kosta-Rikanın gözəl mənzərəli yerlərində çəkilib. Mühazirələr zamanı müxtəlif heyvanlardan və mentorun əyləncəli anlarından epziodlar göstərilir. Başqa sözlə, bu formatlı onlayn kurs öz innovativliyi ilə diqqətimi cəlb etdi. Gəlin qısaca kursun məğzinə toxunaq. 

Özünüzü qəbul edin! - Həyatınızı daha rahat və sülh dolu etmək üçün mütləq şəkildə özünüzü necə varsınızsa eləcə də qəbul etməlisiniz. Bəzən bu belə olmur. Bir çox səbəbi ola bilər. Bir insan kimi bizi müxtəlif edən hədsiz dərəcədə çox şey vardır. Məsələn siz digərlərinin sahib olmadığı bacarıqlara, imkanlara və ya üstünlüklərə sahib ola bilərsiniz. Nəticədə sizi əhatələyən insanlar sizi özünüzdən uzaqlaşdırmaq üçün, həmin üstünlüklərdən və bacarıqlardan kənarlaşdırmaq üçün sizə təzyiq göstərməyə başlayarlar. Əsla onlara qarşı aqressiv olmayın. Bu onların özündən asılı deyil, lakin sizdən asılı olan odur ki, siz həm onları, həm də əsas olan özünüzü qəbul edəsiniz. Yaxud qüsurlarınız ola bilər. Eyni qaydada onlarla dostlaşın və zamanla onları xeyrinizə işləməyə vadar edin. 

Özgüvənimizi daha da dərinliyə gömən ən əsas məsələlərdən birisi bizim vaxtilə düzgün etmədiyimiz hərəkətlərimizi qəbul etməyimizdir. Biz yaxşı bilirik ki, bəzən digərlərinin xətrinə dəymişik, biz yaxşı bilirik ki, düz etməmişik, qaydaları pozmuşuq və əsəbi olmuşuq. Bütün bunların pis nəticəsi olub. Qarşılığında biz onları görməzlikdən gəlmişik. Lakin biz onları mütləq qəbul etməliyik ki özgüvənimiz yerinə qayıtsın. 

Biz özünəinamı boş illüziyalara əsasən formalaşdırmamalıyıq. Biz tamamilə real əsaslarla hərəkət etməliyik. Bəzən özünəinamı ifrat optimizm və idealizmlə qarışıq salırlar. Halbuki, özünəinam tamamilə realizm mənşəli anlayışdır. Bunun üçün şüurumuzun aydınlıq dərəcəsini artırlmalı və onun bizə diktə etdiyi yollara nəzər salmalıyıq. Bu yollar bizim seçimlərimiz adlanır. Seçimlərimizi dəyərləndirib bizə lazım olanı seçmək müstəqilliyimiz yolunda ən vacib məsələdir. Yüksək özünüinam da məhs bundan sonra formalaşmağa başlayır. Əslində məsələ yenidən özünüqəbuletməyə gəlib çıxsa da, bu bir qədər fərqli baxış bucağıdır. 

Şəxsi həyatımı müşahidə edib ən əsas nəticə kimi onu deyə bilərəm ki, bizim cəmiyyətdə gələcək həyatımızın hər bir anı ağır işkəncə və iztirab formasında bizlərə çatdırılır. Alternativlərin mövcudluğu haqda məlumat verilmir və psixoloji təsirlər vasitəsi ilə zorakılığa məruz oluruq. Sərbəstlik və geniş düşüncəlilikdən yoxsunuq. Bu nəinki özünəinamımızı öldürür, ümumiyyətlə şəxsiyyətimizi məhv edərək bioloji kütləyə, sosial robota, yaxuda da tərəvəzə çevirir. Bu məsələdə özlərindən asılı olmasa da valideynlərin günahı çox böyükdür. Total nəzarət və birbaşa təsiretmə mexanizmləri sovet dövrünün onların tərbiyəetmə vasiəsi kimi yeganə seçimlər olduğunu öyrədib. 

Yekun olaraq onu deyim ki, həyatda ən böyük xoşbəxtlik özgüvənə sahib olmaqdır. Digər bütün nailiyyətlər özgüvənin sayəsində insanın həyatına cəzb olunur. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi