Kris Anderson - Pulsuz. Radikal qiymətlərin gələcəyi

Ümumiyyətlə 20-ci əsr bir çox sahələrin çiçəklənmə dövrü oldu. Bunu həm də marketinq və biznes sahəsinə də aid etmək olar. Müasir günümüzdə biz daha da sürət qazansaq da, məktəbimiz iyirminci əsrdir. Başqa sözlə marketinq və biznes kommunikasiyanın günümüzdəki taktikaları iyirminci əsrdə qazanılan zəngin təcrübə üzərində qurulub. Onu da qeyd etmək yerinə düşərdi ki, həmin üsul və yöntəmlər öz növbələrində olduqca uğurlu olmaları ilə bərabər, həm də mahiyyətcə sadədirlər. Bəzi məsələlər isə texnologiyanın və paradiqmaların inkişafının təbii nəticəsi olaraq iyirmi birinci əsrdə aktuallığını itirəcək. Kris Anderson öz "Pulsuz. Radikal qiymətlərin gələcəyi" kitabı ilə müasir marketinq dünyamızın hansı istiqamətdə hərəkət etdiyini göstərməyə çalışır.

Daha sonra "pulsuz" məhsul və xidmətlər haqda söhbət açılır. Nəyisə pulsuz təklif etmək çox məşhur marketinq strategiyasıdır. Məsələn pulsuz bonuslar yeni-yeni məhsulların istehlakını stimullaşdırır. Müştəriyə pulsuz təklif olunan ülgüc gövdəsi ülgücün özü olmadan istifadə oluna bilməz. Bu baxımdan pulsuz təklif olunan məhsulun, yaxud da onun bir hissəsinin qiyməti ödənişli olan məhsulun və ya hissənin üzərinə gəlinir. Unutmamaq lazımdır ki, pulsuz adlandırdığımız məhsullara görə biz mütləq ödəniş edirik. Müştərilər "pulsuz" məhsulları sevirlər, onlara can atırlar, onları istəyirlər və çox halda onları tələb edirlər. Bütün bu məqamlar marketoloqları istehlakı aqressivləşdirən strategiyaları işləyib hazırlamağa sövq edir.
Keçmiş təcrübələr hər nə qədər mühüm rol oynasa da, baş verən dəyişikliklər və istehlakın gələcəyi iş adamlarını daha çox düşündürür. Əgər əvvəllər hər hansısa məhsulun və ya xidmətin yaradılışında mütləq şəkildə müəyyən maya dəyəri formalaşırdısa, informasiya texnologiyalarının inkişafı bu ənənəvi maya dəyərini sıfıra yaxınlaşdırıb. Çünki internet aləmində məhsul və xidmətlər fiziki halda deyil, rəqəmlərdən toxunan informasiya daşıyıcıları halındadır.
Müəllif internet məkanının yüksəkrəqabətli bazar olduğunu qeyd edir. İqtisadçılara yaxşı məluma olan "Tam (kamil) rəqabət bazarı" anlayışı məhz internetin sayəsində reallığa çevrilə bilib. Çox sayda alıcı və satıcı onların özləri tərəfindən sərbəstcə formalaşdırılan qiymətlərdən tələb və təklifi yaradaraq sövdələşirlər. Ənənəvi bazarlardan fərqli olaraq App Store, Play Store və digər bənzər rəqəmsal bazarlar milyonlarla insanlara öz bacarıq və istedadlarını istifadə edərək pul qazanmaq şansını yaratdı. Məhz bu məqamı nəzərə alaraq onu qeyd etmək olar ki, bir çox ənənəvi marketinq gedişləri və biznes fəndləri rəqəmsallığın təzyiqi sayəsində öz əhəmiyyətini itirdi.
Buna baxmayaraq bu o demək deyil ki, rəqəmsal dünyada hər şey belə asan və rahatdır. Kontent yaratmaq hamı üçün sərbəst olsa da, onun təşviqini aparmaq və hədəf kütlələrə çatmaq hələ də ənənəvi marketinq ilə paylaşılan ortaq məqsəddir. Eyni zamanda rəqəmsal dünyada da bir çox məhsul pulsuz təklif olunur. Əsas məqsəd sadiq azarkeşlərin əldə olunmasıdır. Kitab bu istiqamətdə məqbul sayıla biləcək bir çox təcrübələrdən nümunələr verir. Daha sonra isə ənənəvi marketinq yanaşmaları ilə rəqəmsal dünyanın xüsusiyyətlərinə uyğunlaşdırılmış ənənəvi marketinq prinsipləri müqayisə olunur və bəzi aktual məsləhətlər verilir. Ümumilikdə kitab maraqlı olsa da, ciddi yeniliklərdən söhbət açmır və nəzəriyyəyə meyillənir. Bildiyimiz şeyləri bir daha oxumaq vaxtın yaxşı dəyərləndirilməsi üsulu deyil. Buna baxmayaraq kitabı maraqlı hesab etmək olar.
Kitab ixtisarı
Keçmiş təcrübələr hər nə qədər mühüm rol oynasa da, baş verən dəyişikliklər və istehlakın gələcəyi iş adamlarını daha çox düşündürür. Əgər əvvəllər hər hansısa məhsulun və ya xidmətin yaradılışında mütləq şəkildə müəyyən maya dəyəri formalaşırdısa, informasiya texnologiyalarının inkişafı bu ənənəvi maya dəyərini sıfıra yaxınlaşdırıb. Çünki internet aləmində məhsul və xidmətlər fiziki halda deyil, rəqəmlərdən toxunan informasiya daşıyıcıları halındadır.
Müəllif internet məkanının yüksəkrəqabətli bazar olduğunu qeyd edir. İqtisadçılara yaxşı məluma olan "Tam (kamil) rəqabət bazarı" anlayışı məhz internetin sayəsində reallığa çevrilə bilib. Çox sayda alıcı və satıcı onların özləri tərəfindən sərbəstcə formalaşdırılan qiymətlərdən tələb və təklifi yaradaraq sövdələşirlər. Ənənəvi bazarlardan fərqli olaraq App Store, Play Store və digər bənzər rəqəmsal bazarlar milyonlarla insanlara öz bacarıq və istedadlarını istifadə edərək pul qazanmaq şansını yaratdı. Məhz bu məqamı nəzərə alaraq onu qeyd etmək olar ki, bir çox ənənəvi marketinq gedişləri və biznes fəndləri rəqəmsallığın təzyiqi sayəsində öz əhəmiyyətini itirdi.

Kitab ixtisarı
Yazı üçün təşəkkür edirəm, qələminizə sağlıq.
ReplyDeleteƏsas oxucular sağ olsunlar ki, əziyyət çəkib oxuyurlar, yoxsa biz nə etdik bəy)) Minnətdaram
DeleteMəncə sağ tərəfdə Bloq arxivindən sonra gələn teqlərin sayı həddindən artıq çoxdur və kiçik şriftlə olduğu üçün çoxusunu oxumaq olmur. Bəlkə nə isə dəyişmək olar?
ReplyDeleteÇalışaram nəzərə alım Tural bəy. şərh və bloqu oxuduğunuz üçün üçün təşəkkür edirəm.
Delete