Aclıq oyunları, yoxsa evdar qadının bir müddətlik macəraları?

Kitniss Everdin və Pit Mellark, qəddar Kapitoli ilə mübarizə apararaq, istismar olunan və totalitar cəmiyyətdə yaşayan Panem distriktlərini bu zülümdən xilas etmək üçün vətəndaş müharibəsində qələbə qazanmağa çalışır.

Yuxarıdakı pafoslu cümlələrin doğruluğuna şübhə etməsəm, uzun müddət həsədlə gözlədiyim, lakin müəyyən səbəblərə görə 6 ay gecikmə ilə baxdığım "Aclıq oyunları"-nın sonuncu hissəsi məni məyus etdi. Bu məyusluq ani olaraq heçlikdən yaranmayıb, filmin ikinci hissəsindən başlayaraq yavaş-yavaş artıb. Başqa sözlə əgər ilk hissə yüksək təssürat yaratmaq baxımından kifayət qədər uğurlu oldusa, ikinci hissə özündən öncəkinə nisbətdə məyusedici oldu. Üçüncü hissə də eyni aqibəti yaşadı. Beləliklə də gəldik çıxdıq son hissəyə. Bununla da Suzan Kollinsin eyniadlı əsəri əsasında çəkilən məşhur "Aclıq oyunları" filmi yekunlaşmış oldu. 

"The Hunger Games: Mockingjay - Part 2" rejissorun qarşısında böyük aşılmaz məqsədlər qoyan hissə olaraq tarix yazdı. Filmin ilk dəqiqələrindən biz heç bir yeniliklə qarşılaşmırıq. Filmin xronometrajı irəlilədikcə də görürük ki, sanki, film "filler" xarakteri daşıyır. Şübhəsiz ki, öncəki hissələri izləyən izləyicilər bütün bu həngamənin necə sonlanacağını qısa və konkret olaraq görmək arzusundadırlar. Necə deyərlər keçi can hayındadır, qəssab piy axtarır. 

Çəkiliş heyəti konkret olaraq filmi necə doldurmaq haqda düşünərək ssenari hazırlayıb. Əgər biz ilk hissədə əməlli-başlı heyranlıq hissi hiss edirdiksə, indi yorğunluq hiss etməyimiz normaldır. Əlavə olaraq Corc Oruell tərzi üslubda hekayə ilə qarşılaşırıq. Başqa sözlə böyük ustad demiş "İnqilab öz balalarını yedi". Yəni bir tiraniya o birisi ilə əvəzləndi. "Biz onları cəzanlandırmaq üçün sadəcə simvolik Aclıq oyunları təşkil edəcəyik" deyən milli müqavimət hərəkatının rəhbəri Alma Koin, film müddətində mənə şok yaşadan yeganə obraz oldu və mən bir tərəfdən də bunu nəzərə alıb ona bir obraz kimi təşəkkür edirəm. Çünki Kitniss Everdinin şablonluğu və öncədən bilinirliyi məni artıq yormuşdu. 

Deyiləcək çox söz yoxdur. Filmin sonunda Kitnissin uşaq dünyaya gətirməsi və özünü çox xoşbəxt hiss etməsi, balaca bir qızcığazın həyatın çətinliklərinə sinə gələn və övlad dünyaya gətirəndən sonra həyatına məna qazandıran banal bir qadın tipi kimi görmək, gözümdə filmin bütün hissələrinin əhəmiyyətini öldürdü. O, artıq öz missiyasını yerinə yetirib. Siyasi və qlobal problemlərə müdaxilə edib. Artıq onun sakit həyat yaşamağa haqqı var və budur o, çoxalır, ana olur, öyərndiklərini nostaljik əhval-ruhiyyə ilə övladına yeridir. Yox. Belə sonluq heç tənqidə də layiq deyil. So long Kitniss, have a good maternity. 





Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi