Xatirələriniz sizi incitməsin!

15 yaşı olarkən Coy motoskilet qəzasına məruz qalır. Cərrahiyyə masasında həkimlər tərəfindən öldüyü bildirilərkən, Coy qəflətən ayılır. Daha sonra həkimlər belə qərara gəlirlər ki, ayağını amputasiya etsinlər, lakin razılaşmayan Coy bütün xəstəliklərinin və ağrılarının öhdəsindən gələrək ball rəqslərində iştirak edir və hətta qələbə də qazanır. 24 yaşında olarkən isə sərxoş sürücü tərəfindən avtomobillə vurulan Coy, kəllə-beyin travması alır. Növbəti 18 ay ərzində yalnızca köməkçi ilə gəzə bilən Coy, sonunda alternativ təbabətə yönəlir. O, xəsarətlərin öhdəsindən gələ bilmək üçün neyroloji şəbəkələri yenidən proqramlaşdırmağı öyrənir. Praktiki olaraq çox az insanın bacara biləcəyi bir şey olan neyron-proqramlaşdırmanı öyrənən Coy, həkimlərin ''tərəvəz həyatı'' diaqnozuna qalib gəlir.
Coy Avstraliyanın olduqca özünəməxsus qadınlarından hesab olunur. İnformasiya texnologiyaları və kompüter elmləri sahəsində bir çox nailiyyətlərə və mükafatlara layiq bilinib. Neyroimmunologiuya, şəxsi inkişaf, psixologiya və digər bənzəri sahələrdə bir çox maraqlı kitabları və təlim materialları ilə tanınan Coy, öz daxili entuziazmı və özünəməxsusluğu ilə seçilən birisidir. Onun təlimləri kifayət qədər sadə və praktikidir.

Kursun özünə gəldikdə isə onu demək istərdim ki, kontentin böyük hissəsini Coyun real insanlarla keçirdiyi konsultasiya və zaman tunelində səyahət prosesləri təşkil edir. Müəyyən bir müddətdən sonra həmin prosedurlar sizə istiqamətlənir və siz öz zaman tunelinizi kəşf edərək, sizi incidən, ağrıdan xatirələrlə hesablaşırsınız. Şəxsi təcrübəmə əsasən bu məsələ ilə əlaqədar onu deyə bilərəm ki, acı xatirələrin ən böyük dərmanı vaxt deyil. Bir çox insan bu məsələdə səhvə yol verir və yükün böyük hissəsini vaxtın, zamanın üzərinə yükləyir, lakin ən əsas yük şəxsən bizim özümüzün üzərindədir və istəsək də, istəməsək də, bunu dəyişdirə bilmərik. Əksinə bu reallıqdan qorxmamalı, onun gücünün fərqinə varıb xoşbəxtliyimizin doğrultusunda istifadə etməliyik.
Kurs çərçivəsində məhz bu məsələlər ətrafında müəyyən məlumatlar və real təcrübələr paylaşılır. Qeyri-adi biliklər əldə etməsəm də, bir daha başa düşdüm ki, biz bilavasitə özümüz üzərimizdə işləməli və daima mənən güclənməliyik. Bunu bizim yerimizə heç kim etməyəcək.
Kursun ünvanı: https://www.udemy.com/reprogram-your-brain-so-your-memories-cant-hurt-you/
Comments
Post a Comment