3:0 məğlub oldum

Room - Ma adlı qızı yeniyetmə olduğu zaman oğurlayıblar və Ma artıq 7 ildir ki, öz 5 yaşlı oğlu Cek ilə pəncərəsi olmayan qoxumuş otaqda yaşamağa məhkum olub. Oğlan otaqdan başqa heç nə haqda bilmir. O, otaqda doğulub, böyüyüb və onu bir dəfə də olsun tərk etməyib. Onun üçün reallıq otaqdan ibarətdir. Anası öz "reallıq"-larını ona izah etməyə çalışarkən nəinki heç nəyi başa düşmür, ümumiyyətlə onu qəbul belə etmək istəmir. Reallıqların qovuşmasından sonra qaçış planı doğulur və sonunda bu dəhşətli işgəncə bitir...
Son dövrlər mən belə başa düşürəm ki, rejissorlar arasında hansısa antiyaradıcıllıq qripinə bənzər xəstəlik yayılıb. Çünki bir çox öz sözünü deyən rejissor nə isə yeni bir şey yaratmaqdan əllərini üzüblər. Bir qədər düşünəndə həqiqətən də onları başa düşmək olur, axı əgər artıq əllərinin altında güclü və uğurlu, kütləyə işləyən material varsa, niyə görə sıfırdan yaratmaq kimi əziyyətli bir işə girişsinlər? Şəxsən mən öz otağımda oturub "Otaq" haqda məhz bu nəticəyə gəldim. Filmin süjeti heç bir qıdıqlayıcı təssüratlar yaratmır. Belə filmlər çox olub. Filmin yeganə gücü onun zərif fəlsəfi çayındadır: heç vaxt real dünyanı görməyən balaca oğlan uşağı anidən real dünyaya düşərsə onu necə qəbul edəcək? Uzun müddət məhbus olan gənc qadında "Stokholm sindromu" yaranmayacaq ki? Ümumiyyətlə otaq, divar, reallıq, qeyri-reallıq, təxəyyül və təsəvvür dünyası arasında nə kimi sərhədlər var?
Üçmərhələli həyat dövründə biz tarixçə, kuliminasiya və adaptasiya mərhələləri ilə rastlaşırıq. Bu həyat dövrünü bəzəyən də yuxarda qeyd etdiyim kimi sadəcə filmin fəlsəfi mahiyyətidir. Sual yarana bilər ki bəs niyə görə mən filmi özüm üçün vaxt itkisi, məğlubiyyət kimi qəbul etdim. Buna səbəb filmin çatdırmaq istədikləri əvəzində olduqca böyük miqdarda resurs tələb etməsi oldu - vaxt və enerji. Mən son dövrlərdə daha çox yenilik axtarışındayam. Yeni olmayan hər bir şey mənim üçün həmin nümunənin qəbulu problemini yaradır. Odur ki, Otaq mənim üçün yenilik olmadı. Darıxdım.
"Stiv Cobs" (Steve Jobs) - Təbii ki film "Apple" şirkətinin təsisçisi Stiv Cobs haqdadır. Bununla da filmin təqdimatını yekunlaşdırmış oluruq.

Başqa sözlə, filmin treyleri, Apple məhsulları kimi xüsusi eleqant reklam yanaşması ilə yayımlanmışdı. Çoxlarını da bu çaşdırdı. Filmin çəkilişlərində də müəyyən eleqant çəkiliş metodikası hiss olunur, lakin təməl mahiyyət üzərində qurulmayan eleqantlıq heç kimə gərək deyil. Maraqlıdır ki, nə qədər Stiv Cobs, Maykl Fassbender, yaxud da Apple brendinin fanatiki olmaq lazımdır ki, filmi bəyənəsən.
Mafiya: sağ qalmaq oyunu - Məşhur Mafiya oyununun futuristik və ruslaşdırılmış adaptasiyası olan "Mafiya: sağ qalmaq oyunu" filmi öz banal və primitivliyi ilə müasir rusiya fantastikasında özünəmxsus yer qazanacağı şübhəsizdir. Sanki, "Aclıq oyunları" filmini seyr edirəmmiş kimi təəssüratlar yaşadığım film uzaq Moskvanın tele-şoularda və nihilizmdə boğulan cəmiyyətini təsvir edir. Cəmiyyət böyük şou "Mafiya" şousu tərəfindən idarə olunur. Buna baxmayaraq kütlə bir müddətdən sonra canlı yayımda icra olunan edamlardan bezir və və daha artığını tələb etməyə başlayır. Nəticədə oyunun "beyni" yeni macəra kontentini dizayn edir.
Şerlok Holmsla qohum olmadan da filmin başlanğıcında filmin daxilində saxladığı spekülativ xüsusiyyətləri görmək mümkündür. Sizcə, qeyri-adekvat süjet, gülməli cizgi filmi tipli xüsusi effektlər və aktyor heyətinin bezgin sifət ifadələri filmdən zövq almağa səbəb ola bilərmi? Hardasa çox çox uzaqlarda bəlkə də ideyanın özü pis deyil, amma filmdə həddindən artıq spekulyasiyanın mövcudluğu kompromisə getməyə icazə vermir. Nəticədə tamamilə mənasız və istedadsız insanların birlikdə video kameraya olan çəkilişi ilə qarşı-qarşıyayıq.
Şerlok Holmsla qohum olmadan da filmin başlanğıcında filmin daxilində saxladığı spekülativ xüsusiyyətləri görmək mümkündür. Sizcə, qeyri-adekvat süjet, gülməli cizgi filmi tipli xüsusi effektlər və aktyor heyətinin bezgin sifət ifadələri filmdən zövq almağa səbəb ola bilərmi? Hardasa çox çox uzaqlarda bəlkə də ideyanın özü pis deyil, amma filmdə həddindən artıq spekulyasiyanın mövcudluğu kompromisə getməyə icazə vermir. Nəticədə tamamilə mənasız və istedadsız insanların birlikdə video kameraya olan çəkilişi ilə qarşı-qarşıyayıq.
Comments
Post a Comment