Erik Hoffer - Həqiqi inam sahibi
1951-ci ildə yazılan "Həqiqi inam sahibi" sosial psixologiya kontekstində kütlə hərəkatlarına istiqamət verən insan şəxsiyyətlərini təhlil edən kitabdır. Kütlə hərəkatları niyə yaranır, inkişaf edir və sonlanırlar? Müxtəlif kütlə hərəkatları arasında oxşar cəhətlər nələrdir? Hoffer kütlə hərəkatlarının birində o birisinə necə transformasiya olduğunu və necə daima motivasiya tapdığı haqda olduqca gözəl arqumentlər irəli sürüb. İstər dini olsun, istər siyasi, istər milliyətçi və istərsə də radikal fanatiklərin xülyalarına əsaslanan hərəkat olsun, hər bir halda onlar eyni vasitələri, nəzəri alətləri, strategiyaları və taktikaları istifadə edəcəklər. Kitab Faşizm, Kommunizm, Nasional sosializm, Xristianlıq, Protestantlıq və İslamdan parlaq nümunələr gətirir. Onu da qeyd edək ki, kitab 1951-2002-ci illər arasında 23 dəfə nəşr olunub.
Bəşər övladı böyük insan olmaq həvəsi ilə alışıb yanır, fəqət bir gün başa düşür ki, kiçik insandır, xoşbəxt olmaq üçün alışıb yanır, fəqət bir gün başa düşür ki, bədbəxtdir, mükəmməlləşmək istəyindədir, fəqət bir gün başa düşür ki, qüsurlarla doludur, insanlar tərəfindən sevilən və hörmət edilən birisi olmaq üçün ümid bəsləyir, lakin bir gün başa düşür ki, qüsurları səbəbiylə sadəcə insanların xoş münasibətinə möhtacdır.

Adətən insanlarda öz varlıqlarını formalaşdıran gücləri mənlikləri xaricində axtarmaq meyilliliyi vardır. Uğur və uğursuzluqlarımızın səbəblərini çevrəmizlə əlaqələndirməkdən çəkinmirik. Elə bu səbəbdəndir ki, uğur qazanan insanlar bu dünyanı eynilə qoruyub saxlamağı, məyusluq yaşayanlar isə onu təməldən dəyişdirməyi istəyirlər.

Gələcəyə bəslənilən qorxu bizi bu günümüzə sarılmağımıza, gələcəyə bəslənən ümid isə bizim dəyişikliyə istəkli olmağımıza səbəb olur. Varlı ya da yoxsul, zəif ya da güclü, hamının gələcəkdən qorxmağı bir xeyli mümkündür.Dörd əsas hissədən ibarət olan kitabın birinci hissəsi kütlənin başqa birisi olmaq, dəyişmək, özündən qaçmaq, yeni şəxsiyyət qazanmaq istəkləri, ikinci hissədə inanc dəyişdirmək istəyən kütlənin psixologiyasını təhlili, üçüncü bölmədə kollektiv düşüncə və hərəkatlar haqda təhlillər yer alıb. Dördüncü bölümdə isə müxtəlif mövzulara toxunan müəllif kitabı yekunlaşdırır.
Tarix boyu ən böyük əsərləri yaradanlar həmişə böyük şəhərlərdə ortaya çıxıb. İnsan şəhərdə insan olmuşdur. Şəhərləşmə olmasaydı, insan deyə bir qavram olmazdı. Maraqlıdır ki, insanları degenerasiyaya gətirib çıxaran da şəhərləşmədir. Əgər insanlar bu böyük şəhərlərdə həyata uyğunlaşa bilmirsə, deməli bəzi millətlərin yer üzündən silinmə ehtimalı var.*

Günlük işlərində uğursuzluğa düçar olanlar qeyri-mümkün hədəflərə köklənir. Bu, onların uğursuzluklarını kamuflaj etmək üçün vasitədir. Çünki adi uğursuzluğun səbəbi şəxsin özüdürsə, qeyri-mümkün uğursuzluğunun səbəbi reallaşma ehtimalının çətin olmasıdır.*Düşünürəm ki, ixtisasından və maraq dairəsindən asılı olmayaraq istənilən intellektual "Həqiqi inam sahibi"-ni oxuyub başa düşə biləcək. Eyni zamanda onu da qeyd etməkdə fayda vardır ki, kitab günümüz etibari ilə olduqca aktualdır. Uyuşmuş cəmiyyətlərin oyanması və şəhər mədəniyyətinin deqradasiyadan xilası məhz belə müəlliflərin əsərləri sayəsində mümkün ola bilər.
İnanc (iman) bir kimlik qazanma prosesidir. Bu proses vasitəsilə insan, özü olmaqdan imtina edərək ölümsüz bir şeyin bir hissəsi olur. Bir dinin, millətin, irqin, siyasi partiyanın və ya ailənin müqəddaratına olan inanc…insanlığa, gələcək nəsillərə olan inanc, yox edilmə vəziyyətiylə qarşılaşmış olan mənliyimizi bu ölümsüz şeyə bağlamaqdan başqa nə ola bilərdi ki?*
Eqoistlər məyus olmağa daha çox meyillidirlər. İnsan nə qədər çox eqoist olsa, məyusluq o qədər şiddətli olacaq.*
Azadlıq məyusluq hissini azalda, bəzən də çoxalda bilir. Seçim azadlığı uğursuzluğun günahını fərdin çiyninə yükləyir. Həmçinin azadlıq, bir çox təşəbbüsü gerçəkləşdirmə cəsarəti yaratdığı üçün məyusluq və məğlubiyyət ehtimalını artırır.*
Nəyisə sevdiyimiz zaman bizim kimi onu sevən “tərəfkeşlər”ə ehtiyacımız olmur, əksinə ,sevmədiyimiz nəyisə sevənləri agressiv rəqib kimi görürürük. Nəyəsə nifrət etdiyimiz zaman isə bizim kimi eyni nifrəti daşıyan insanları axtarmağa başlıyırıq.*
Bir çox şeyə sahib olub daha çoxunu əldə edə bilmədikdə yaranan məyusluq, heç nəyə sahib olmayıb bəzi şeylərə sahib olmaq istəmənin məyusluğundan daha şiddətlidir.*
* - Alternativ düşüncə
Comments
Post a Comment