Yaxşı ilə pis arasında - izlədiyim son 3 film haqda
Digər analoji yazılarımdan fərqli olaraq bu dəfə 3 film haqqında bir yazıda bəhs etmək istəyirəm. İzlədiyim bu son 3 film məndə birmənalı təəssürat yaratmamaqla yanaşı, həm də ifadə edilərək geniş yazıya səbəb olacaq formatda hər hansısa bir təcrübə də yaratmadı. Gəlin sizə onlar haqda qısaca məlumat verim və təəssüratlarımı bölüşüm.
Exposed - Дочь Бога - Rus dilində "Tanrının qızı" kimi tərcümə edilərək dövriyyəyə buraxılan "Exposed" Kianu Rivasın (Keanu Reeves) "Knock knock" adlı filmindən sonra izləyici qarşısına çıxan ən son filmidir. Bu uğursuz filmi ilə Kianu özünün daha da qocaldığını məyusluqla bizlərə hiss etdirdi. Film əsnasında mən Kianunun artıq əvvəlki kimi olmadığını, görünmədiyini və ən əsası özünü əvvəlki kimi hiss etmədiyini asanlıqla başa düşdüm və məyus oldum.

Filmi tamamilə banal və uğursuz nəticə hesab etməklə səhvə yol vermərik. Filmin sonunda İzabelin reallığı tamamilə fərqli dərk etdiyini başa düşürük ki, nədənsə son zamanlarda şizofreniyanın kinematoqrafiyada artan tətbiq arealının şahidi oluruq. Başqa sözlə, film nə yeni bir ideya, nə də özünəməxsus aktyor ifası ilə fərqlənir. Kianu Rivas olduqca passiv-depressiv rol ilə sadəcə filmdə öz mövcudluğunu göstərir, cazibədar Ana de Armas isə deyəsən "Knock knock" filmindən sonra Kianu Rivasdan əl çəkmək fikri yoxdur. Bu aktrisanın aktrisalıq bacarığından çox gözəl xarici görünüşü hesabına kinematoqrafiyada hərəkət etdiyini başa düşmək bir o qədər də çətin deyil.
Kimsə Kianu Rivası yaxasından tutub silkələsin. Çünki razılaşdığı son filmlərin ssenarisi onun profilinə tamamilə uyğun gəlmir.

Bu film haqda daha nikbin fikirdəyəm. Möhtəşəm Maykl Fasbender (Michael Fassbender) özünəməxsusluğu ilə maraqlı obraz yaratmağa müvəffəq olub. Marion Kotillard (Marion Cotillard) isə son zamanlarda bir aktrisa kimi mənim reytinq cədvəlimdə inamla və uğurla irəliləməkdədir. Film tənqidçilərinin rəyinə əsasən Marion Kotillard olduqca uğurlu performansı ilə yadda qalıb.
Filmdə aktyorların mimikaları, davranışları və səs tonları izləyicidə filmin hekayəsinin tamlığını yaradır. Yalan və ölümlə hakimiyyəti ələ keçirən Makbet, törətdiyi əməllərin ağırlığına tab gətirməyərək ağlını itirməyə başlayır və şəxsiyyət ikiləşməsi yaşayır. Xalq yeni kralının necə də zəif və aciz olduğunun məyusluqla şahidi olur.
Heç də hamının bəyənməyəcəyi filmin əsas kapitalı obrazların dialoqu, emosiyaları və filmin təhkiyə üslubudur. Buna baxmayaraq demək istərdim ki, aktyorlar, sanki, rollarını lazım olduğundan daha çox pafoslu tərzdə ifa edirdilər. Müəyyən səhnələrdə poetizm ifratçılığı aşkar hiss olunurdu. Janrın həvəskarları filmi şübhəsiz ki bəyənəcəklər, lakin mənim kimi fəlsəfə elementli nəsr həvəskarı filmi nə yaxşı, nə də pis dəyərləndirməyərək, yekun nəticəyə gəlməkdə çətinlik çəkəcək.

"Ex Machina" filminin süjeti ilə tamamilə eynilik təşkil edən "Uncanny" özünün sadəcə və sadəcə gözlənilməz sonluğu ilə diqqəti cəlb edir. Hər iki filmdə də xarici iştirakçı Türinq testinin obyektidirlər, lakin "Uncanny" sonluğu ilə triller elementli "yekun söz"-ə malikdir. Filmin əsas gövdəsi isə olduqca səthidir və heç nə ilə diqqəti cəlb etmir.
Comments
Post a Comment