Üstünlük - Превосходство - Transcendence

Bir neçə maraqlı başlıqlar altında antiutopik xarakterli filmi təhlil edə bilərik: Süni intellektin mütləq üstünlüyü - Film bizə süni intellektin mütləq üstünlük qazanması halında insan cəmiyyətinin necə dəyişəcəyini göstərməyə çalışır. Bu olduqca məhdud miqyasda və əhatədə göstərilsə də, ideyanı əsas götürsək, heç də pis alınmadığını deyə bilərik. Əlavə olaraq insanların ənənəvi qeyri-müəyyənlikdən qorxma qabiliyyəti gözəl təsvir olunub. Təkamül isə insan qorxusunu həmişə heçə sayıb. Odur ki, bu məsələnin əhəmiyyət daşıdığını demək olmaz.
Fantastika, yoxsa antiutopiya? - Adətən bu iki janr bir-biriləri ilə iç-içə olsa da, tərkibdəki ağırlıqlarına görə biri o birisinə üstünlük təşkil edə bilir, lakin bu filmdə bunu demək çətindir. Müxtəlif yeni texnologiyalar, nanotexnologiyanın inqilabları və onların nəaliyyətlərinin qrafik təsviri və əsaslandırılması fantastik elementlərdir. Süni intellektin hakimiyyətinə qarşı fikirlər, onun labüd insan şəxsiyyətinə və cəmiyyətinə nəticələri və ona qarşı konkret addımlar toplusu antiutopik çalardır.
Yeni terror növü - Əgər bu gün siyasi motivli terror növü varsa, gələcəyin dünyasında bunun süni intellektlər və insanın ilk dəfə bilavasitə özü tərəfindən icra edəcəyi təkamül mərhələsinə qarşı olacağını demək heç də çətin deyil. Hansı tərəfin güclü olacağını və qalib gələcəyini isə demək çətindir. Çünki bu günə qədər olan bütün təkamül mərhələlərində əsasən təbiət hökmranlıq etmişdir. Bu dəfə isə insan insana qarşı olacaq. Texnologiya isə əslində sadəcə alətdir.
Aktyorlar - Conni Depp və Rebekka Holl isə birlikdə, sözün həqiqi mənasında, əla aktyorluq nümunəsi göstəriblər. Çünki Conni Deppin bu dəfəki obrazı əvvəlki obrazlarından fərqli idi. O, səmimi formada rolunun öhdəsindən gəldi. Heyranlıq yaratmağı bacardı. Rebeka Holl isə öz aktrisalıq bacarığı və izləyici ilə yarada bildiyi əlaqəyə görə möhtəşəmdir. Pol Bettani obrazının tələblərini tam ödəyə bildi. Çünki onun obrazı iki doğma cəbhə arasında ilişib qalan və qərar verə bilməyən insan idi: bir tərəfdə ən yaxın dostları, digər tərəfdə onun həyata olan yanaşması. Ən dəhşətlisi isə o, seçim etməlidir. Morqan Friman isə şablon obrazların mahir ustadıdır. Sabit, sakit, müdrik, sadə, fikirli ağsaqqal.
Təkrarlar - Adətən çatdırılmaq istənən çox vacib ideyaların təkrarıandığını müşahidə edirik. Süni intellekt tərəfindən "Niyə bizdən qorxursunuz?" və filmin sonunda hərbiçilər tərəfindən "O heç kimi öldürməyib" fikirlərinin təkrar edilməsi diqqətimizi cəlb etməlidir. Filmin mənası elə birinci sualın tələb etdiyi cavabdadır. İnsanların böyük hissəsi ümumi bəşəri rifah xatirinə tələb olunan qurbanları verməyə razılaşmırlar. İkinci sualda isə süni intellektə müsbət yanaşma ifadə olunub.
Film kompüterlərin timsalında baş verəcək dəyişikliklərin etik yönlərini motiv və süjet kimi istifadə etmişdir.
Təkrarlar - Adətən çatdırılmaq istənən çox vacib ideyaların təkrarıandığını müşahidə edirik. Süni intellekt tərəfindən "Niyə bizdən qorxursunuz?" və filmin sonunda hərbiçilər tərəfindən "O heç kimi öldürməyib" fikirlərinin təkrar edilməsi diqqətimizi cəlb etməlidir. Filmin mənası elə birinci sualın tələb etdiyi cavabdadır. İnsanların böyük hissəsi ümumi bəşəri rifah xatirinə tələb olunan qurbanları verməyə razılaşmırlar. İkinci sualda isə süni intellektə müsbət yanaşma ifadə olunub.
Film kompüterlərin timsalında baş verəcək dəyişikliklərin etik yönlərini motiv və süjet kimi istifadə etmişdir.
Maraqlı məlumatlar:
- Evelin oteldə qalmağa gedərkən, Uill ona artıq mənzil bron etmişdi. Mənzil "Türinq"in adına idi. Alan Türinq (Alan Turing) məşhur britaniyalı alim-riyaziyyatçı olmuşdur. O, "Universal maşın" konsepsiyasının müəllifi və "Türinq mətni"nin ixtiraçısıdır. Bu iki ixtira kompüterin şüurluluğu məsələsinə aydınlıq gətirməyə çalışır.
- Çox maraqlıdır ki, filmin rejissoru Uolli Pfister filmi 35 mm-lik kamera ilə anamorf formatda çəkib. O, rəqəmsal texnologiyalardan imtina edir. O, hətta foto-kimyəvi emaldan istifadə edərək rəqəmsal interneqativdən istifadə etməyib. Bu hərəkəti filmin daşıdığı ideya ilə əlaqələndirə bilərikmi? O, nə demək istəyir?
- Filmin əsas qadın obrazı roluna Keyt Uinslent planlaşdırılırdı, lakin çəkilişin planı ilə gələn uyğunsuzluq bu razılığı pozur.
- Əsas rola (Uill) Tobi Maquayr, Djud Lou, Ceyms Makevoy və Kristian Beyl kimi aktyorlar nəzərdə tutulurdu. Razılaşın ki, Conni Depp rola çox uyğun gəlib.
Comments
Post a Comment