Bob Şou - İnanılmaz oxşar

"Səyyahların gəmisi" və "Dayan, kimdir gələn?" əsərlərini oxuduqdan sonra Bob Şou mənim üçün kosmik fantastikanın ən mahir ustadlarından birisinə çevrildi. Bu yaxınlarda "İnanılmaz oxşar" adlı qısa hekayəsini oxuduqdan sonra bu fakt bir daha öz-özünə sübut olundu.
Koburn adlı gənc uzaq planetləri gəzərək özünü kosmik romantikanın öhdəsinə buraxmaq istəyir. Münasibətdə olduğu zooloq qız Erika isə onun bu arzularını xoşlamır. Koburn kosmik ticarət palatasının qulluqçusu olmaqla kosmik səyahətlər aruzunu müəyyən qədər reallaşdırmış olur. Zooloq isə Yerdə qalaraq onun hansısa qaranlıq qalmış hissəsini öyrənməyə cəhd göstərir. İş elə gətirir ki, Koburnu məşhur və olduqca təhlükəli cinayətkar Petsi Ekkert əsir götürür. Sonradan aydın olur ki, ən əsas təhlükə bu cinayətkar deyilmiş...

Hekayədən sonra xoş əhval-ruhiyyə məni uzun müddət tərk etmədi. Bəli Bob Şou bunu bacarır. Bəzən istər kosmik fantastika olsun, istərsə də elmi fantastika olsun, insan belə əsərləri oxuyanda darıxa bilir. Bob Şouda isə belə hal mümkün deyil. Hər halda imkan tapdıqca yazıçının digər hekayə və romanlarını da oxumaq lazımdır.
Comments
Post a Comment