Event Horizon - Сквозь горизонт

2047-ci il. Xilasedici kosmik gəmi Günəş sisteminin uzaq nöqtəsinə göndərilir ki, yüksəksürətli səyahətlərin sınaqdan keçirilməsi məqsədiylə hazırlanan və kosmosa göndərilən itmiş gəmidən xəbər bilsinlər. Uzaq Neptunun ətrafında anidən peydə olan "Even Horizon" gəmisi hamını şoka salır. İnanılmaz hadisələr baş verməyə başlayır. Bizim kainatımızdan başqa fəzalar, dünyalar da var. Qəribə orasıdır ki, sanki, biz o fəzaların dəhşətindən qorunuruq. Çünki zərif və zəifik...

Biz elə düşünürük ki, kainat ucsuz-bucaqsızdır. Bu həqiqətən də belədir, çünki biz kainatı da insan məhdudiyyətləri çərçivəsində ölçürük, lakin insan, insan məhdudiyyətlərini və zaman-məkan kəsişməsinin çərçivəsini aşmaq potensialına malikdir. Bizim elmimiz dayanmadan artır. "Event Horizon" filmində də məhz belə məqamlardan söhbət açılır. Bu kosmik romantika deyil. Kosmik kabus və ya kosmik anti-romantika deyə bilərik. 

Belə bir maraqlı fakt var ki, "Event Horizon" kosmik gəmisi Notr-Dam kilsəsinin kafedral strukturu əsasında hazırlanıb. Filmi izlədikcə kosmik gəminin kilsə binasına oxşarlığını və bəzən xaça bənzər fiqurları görmək mümkündür. Bu öz növbəsində daxilində çox böyük simvolika daşıya bilər. Belə ki, din və elmin kosmosun ənginliklərində kabuslarla çiyin-çiyinə mübarizə aparması və hansı tərəfin üstün olacağı sualının səsləndirilməsi. 

Filmdəki alim "Tanrı" tərəfindən qoyulmuş sərhədləri aşmağı bacarır. O, şübhəsiz ki, böyük alimdir. Elə bu məqamda da dini yanaşma özünü biruzə verir: böyük alim dəhşətin nümayəndəsinə çevrilir və insan beyninin dərk edə bilməyəcəyi məsələlərdə xəbər verərək, bir növ, bəşər övladını lazım olmayan işlərlə məşğul olduğuna görə cəzalandırır. O, artıq sadəcə alim deyil. O, eyni zamanda cadugərdır. Alim-cadugər. Əslində buna haqq qazandırmaq olar. Bəzi şeyləri başa düşmək üçün heç də dindar olmağa ehtiyac yoxdur. Elmin "proqress" adlandırdığı sado-mazoxistcəsinə olan hər şeyi bilmə və təbiəti aşma ehtirasının sonu yüksəksəviyyəli xaos qarışıq dəhşət ola bilər. Çox vacib məsələr: elmin əxlaqi yönləri. Xüsusilə də kosmosun fəthi məsələsində. 

Dəhşət səhnələri heç də xoşuma gəlməsə də, problematiklik baxımından diqqətəlayiq filmdir. Kosmik gəminin bizim bildiyimiz fəzanı tərk edərək başqa fəzada olması və oradan artıq cansız deyil, canlı varlıq (düşünən orqanizm) olaraq geri qayıdışı maraqlı ideyadır. İdeya, məna və yaxşı aktyor ifalarına görə film izlənməyə dəyər. 















Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi