Aleksandr Belyaev - Əbədi çörək - Александр Беляев - Вечный хлеб
.png)
Əsrarəngiz bir şeydi! Belə çıxır ki, bu bəşəriyyətdə yeni eradır. Aclıq, səfalət, yoxsulluq, müharibə və sinfi mübarizə daha olmayacaq.
Gəlin bu günkü vəziyyəti dəyərləndirək və Belyaevin zaman məkan məhdudiyyəti olmadan bu əbədi mövzunu necə işıqlandırdığını başa düşək: bəşəriyyət üçün heç bir müharibə etmədən sakit yaşamaq həmişə şirin arzu kimi olub. Müharibələrin kökündə də hər zaman var-dövlət yatıb. Başqa sözlə, toxluq və aclıq. Maraqlıdır ki, bu gün ABŞ və Avropada artıq kosmik məkan bölüşdürülərkən, Yer kürəsinin digər yarısında hər gün minlərlə insan aclıqdan əziyyət çəkir və dünyasını dəyişir. Sabah bu problem daha da böyüyəcək və 1 nömrəli məsələyə çevriləcək. Çünki Yer kürəsinin əhalisi dayanmadan sürətlə artır. Bütün bunları biz hamımız yaxşı bilirik. Elə ona görə də bu mövzunu əsərlərində işıqlandıran bir çox yazıçı-fantastlar olub. Harri Harrisonun "Yer verin! Yer verin!" əsəri ilə total köçlər və demoqrafik problemlər işıqlandırılırdısa, Aleksandr Belyaev bəşəriyyəti həmişə incidən bu problemə çıxış yolu təklifi ilə bəşəriyyətin ideya aclığına öz tövhəsini verir.

Bu əsərdə də kapitalizmlə kommunizm mübarizə aparırlar. Hadisələr isə qeyd etdiyim kimi Almaniya da cərəyan edir. Almaniya 20-ci əsrlərin əvvəllərində kapitalist ölkələr arasında sayılan seçilən nümunələrdən idi. Yazıçı nədənsə əsərlərini Avropa ölkələrinin fonunda bizə təqdim edir. Görünür öz ideyalarını bizə çatdırmaq üçün həmin dövrdə yeganə münbit Avropada idi.
Oxumağa davam etdikcə başa düşürük ki, əbədi çörəklə əlaqədar olan məsələlər əslində heç də asan məsələ deyil. Çünki bu zəhmətkeşlərdə oğurluq, qətl, qumarbazlıq kimi cəmiyyəti dağıdan davranışlara səbəb oldu. Məsələ sadəcə insanın mədəsinin doyması deyil, eyni zamanda onun sosial həyatıdır. Sistemin dəyişməsi isə daha dəhşətlidir. Bunu bu cümlələrdən də başa düşmək olur:
Professor Broyer: Mən başa düşə bilmirəm, - vəkilinin sözünü kəsərək müdaxilə etdi -, niyə məni günahlandırırsınız? Əbədi çöyəri mən yox, Rodenştok və Kriqman camaata satmayıb?!
Vəkil gülümsündü:

Bu cümlələrdən də aydın olur ki, Belyaev sadəcə elmi-fantastika və macera motivlərini deyil, eyni zamanda incə psixologiya sahibi və hakimiyyət tənqidçisidir.
Möhtəşəm dərəcədə dərin psixoloji bünövrədə yazılan dinamik sənət əsəri. İnsan təbiətini bu formatda müşahidə etmək çox əyləncəli oldu, sözün düzü. Həcm kiçik olsa da, yazıçı əsərə kifayət qədər dərinmənalı fikirlər və əyləncə daxil edib. Birmənalı şəkildə məsləhtlidir.
P.S. Klassiklərin əhəmiyyətini mən Aleksandr Belyaevlə daha çox başa düşürəmı.
Comments
Post a Comment