Waiting for "Superman" - Supermeni gözləyərkən


Ümumi olaraq: Təhsli sistemi nədir? Yəni o nə işə yarayır? Kimə xidmət edir? Əslində asan görünən bu suallar ən çətin olanlardır. Bu sənədli filmi izləmək mənim sanki gözlərimi açdı. Niyə? Çünki bir tərəfdə ABŞ təhsil sistemi (və onun timsalında digərləri) digər tərəfdə isə sadə insanlar var. Övladına yaxşı təhsil vermək üçün dəridən qabıqdan çıxan insanlar var. Bu dünyanın hər yerində belədir. Valideynlər uşaqlarının bu həyata yaxşı yerləşmələrini istəyirlər. Əmin olmaq istəyirlər ki, övladları bu qəddar dünyada yaşaya biləcək. Bunun üçün bu günkü dövrdə bu arzuya, istəyə gedən yol yaxşı təhsildən keçir və bu sənədli film bizə sadə insanların təhsil sistemində qazandıqları təcrübələri nümayiş elətdirir. Sənədli film sadə insanların həyatnı əks etdirir və Bill Gates kimi şəxsiyyətlərin də fikirlərindən bəhrələnir. Yaxşı təhsil əlbəttə ki vacibdir. Ona görə ki, elmlə, ədəbiyyatla işıqlandırılan beyinlər cəmiyyətin inkişafında yaxşı rol oynayırlar. Əlbəttə ki, cəmiyyətin inkişafı deyəndə sadəcə yaxşı həkimlər, vəkillər və ya iqtisadçılar nəzərdə tutmuram. Eyni zamanda cinayətkarlığın azalması (hətta heç olmaması), insanların bir-birilərini başa düşməsi, bir-birilərinə yaxınlaşması və insanların mənəvi olaraq zənginləşməyini nəzərdə tuturam.

             Geoffrey Canada

Kipp Academy: Bu məktəblər ABŞ-da kasıb məhəllələrdə açılıb və qısa müddətdə ölkənin bütün ştatlarına yayılaraq sayını 87-yə çatdırmışdır. Araşdırmalar göstərir ki, varlı ailələrlə kasıblar arasında təhsil səviyyəsində həmişə fərq olmuşdur və bir çoxlarına görə bu həmişə belə olacaq. Şübhəcilərin fikirlərinə qarşılıq Cefferi Kanada (wikipedia məlumat burada.) bu məktəblərin əsasını qoydu və effektiv üsullardan faydalanaraq ABŞ təhsil sisteminə yenilik gətirdi. Eyni zamanda varlı-kasıb təhsil səviyyəsini alt-üst etdi. Bu məktəblər müəyyən məhəllələrdə şagirdlərini yeni doğulduqları andan etibarən diqqətlərində saxlayırlar və inkişaflarının hər mərhələsində onları izləyirlər. Onlara doğru istiqaməti göstərirlər. Həqiqətən də təqdirə layiq faktdır.

Bizim təhsil sistemimiz: Təhsil sistemimiz güllük-gülüstanlıq deyil. Problemlər çoxdu. Bəlkə də sistem çöküb amma gözləyə bilmərik. Gələcəyimizi formalaşdırmaqdan imtina edə bilmərik. Yaxşı məktəbləri yaxşı müəllimlər əmələ gətirir. Təhsilin “supermen”-ləri müəllimlərdir. Bir çox məsələlərin həlli məhz onlardadır. Sənədli film müəllim anlayışınını necə vacib olduğunu bir daha göstərir.

Nəticə: Nəticə? Keçid ballarının 150-yə enməsi bir nəticədir. Orta məktəb imtahanlarındakı imtahan nəticələri, universitet imtahanlarının keçirilmə forması və göstəriciləri nəticədir. Özəl sektorda işə götürənlərin iş namizədlərinə verdikləri suallara cavablar bir digər nəticədir. Ümumiyyətlə orta məktəb və universitet məzunlarının ixtisas biliklərinin səviyyəsi və dünya görüşləri bir digər nəticə, rüşvət isə başqa bənzər nəticədir. İnsanların bir-biriləri ilə ünsiyyət qurmaları və şəxsiyyətləri də nəticədir. Sizdə bu nəticələri yaxşılaşdırmağın vaxtı gəlib çatmayıb?

Sənədli filmi çox bəyəndim və internetdən türk dilində baxa bilərsiz. Türk dilində adı: Supermeni Beklerken. Yazını aşağıdakı sitatla bitirirəm:

“Əgər dəyişməsək dəyişən dünya bizi qəbul etməyəcək” – Rafiq Əliyev

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi