Bir yoldaşın məsləhəti ilə tanış olduğum "Öz xəstəliyini sev" kitabı, düşünmürdüm ki, son zamanlarda oxuduğum ən faydalı və təsirli kitablardan olacaq. Kitab bizə xəstəliklərimizin, başqa sözlə formalaşmış reallığımızın əsl, real mahiyyətini izah etməyə çalışır. Əlbəttə mən bənzər mövzulu müxtəlif kitabları görmüşəm və oxumuşam (məs. Luiza Hey - Düşüncə gücüylə müalicə). Valeriy Sinelnikovun rus elminin və cəmiyyətinin nümayəndəsi kimi Avropa və Amerika ədəbiyyatlarının əksəriyyətindən faydalandığı aşkardır, lakin müəllifin təhkiyə üsulu, nəqletmə bacarıqları, pedaqoji istedadı mənim üçün olduqca canayaxın tərzdədir. Əsl elm insanının, yazıçının və ya ümumiyyətlə digər insanlara nə isə çatdırmaq istəyənlərin həqiqi gücü də məhz bu yerdə özünü göstərir: auditoriya ilə zərif info-energetik fəzada əlaqənin yaradılması. Əgər qarşımızda dayanan şəxs nə isə izah etməyə çalışırsa və gözləyirsə ki, biz onu başa düşək və dərk edək, o, bilməlidir ki, bizim nəyisə başa düşməməyimizin ...