Splinterheads - Отчаянные головы

Life is full of attractions...

Kiçik bir qəsəbəyə səyyar atraksiyonla birlikdə Castinin arzuladığı qız da gəlir. Onun həyatı başdan ayağa dəyişsə də, nəticədə səmimi və romantik komediya yaranır. 

Çox sakit və darıxdırıcı qəsəbənin yeganə əyləncə mərkəzi sayılacaq carnaval parkı insanları özündə cəmləşdirə bilir. Burada 116 yaşlı qoca kişi, filosof və bacarıqsız sehrbaz Möhtəşəm Stiv və 2 nəfər quldurla su atraksiyonunu işlədən  Qalaksi ən parlaq fiqurlardır. Özünüz də yaxşı bilirsiz ki, onların çoxusu sadəcə fırıldaqçıdır. Sadəcə fırıldaqçı olmaq müəyyən mənada və şəraitdə təhlükəsiz bir şeydi, amma Castin həm fırıldaqçı, həm də yüngülvari quldurlara rast gəlir. Onların hücumlarına qarşı səbrlə dözür, lakin hazır olanda son sözünü də deyir. 

Castin təbiətcə sakit və mədəni insandır. Kənardan "tormoz" kimi görsənsə də, qəlbinin dərinliyində çox təmiz və sevgi doludur. Bunu biz onun Qalaksi (qızın adıdır) ilə olan əsas söhbətində görürük. Qalaksi sərbəstdir. Qalaksi çox gözəldi, lakin özünü kobudluqla əhatələyib. Özü bunu sərbəstliklə əlaqələndirir. Onların arasındakı münasibəti izləmək maraqlı oldu. Həm gülməli, həm də düşündürücü məqamlar çoxdur. 

Səmimi, sakit və rahat film. İzləyəndə, sanki, dincəlirsən, yoxsa əksinə bir çox filmlərdəki kimi yorulmursan. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi