Sweet Rain - Прекрасный дождь



Ölüm bizə göstərəcək biz necə yaşamışıq...

Yaponların baxdığım bir çox filmlərində çox güclü fatalizm var. Bəlkə də digər bir çox filmlərdə də bu var amma Yapon filmləri, animasiyalarında bu çox xüsusi olaraq vurğulanır. Bu filmi mən çox da bəyənmədim. Yeni bir şey də olmadı çünkü mən Meet Joe Black filmini izləmişəm. O çox daha maraqlı gəlmişdi mənə. Meet Joe Blacki film həvəskarları arasında geri salan bildiyim qədəriylə müddətidi (178 dəqiqə). Qaldı ki, bu filmə. Bəyəndiyim epizodlar oldu təbii ki amma o qədər də ürəyimə yatmadı. Meet Joe Balckin Yapon, şərq üsubunda olan oxşarı da adlandıra bilərəm (fərqlər var. olmaq məcburiyyətindədir amma onurğası eynidir).

Filmdə həyat haqqında Yapon fəlsəvi düşüncələri və yüngül yumor var. Hər bir insan bu dünyaya müəyyən missiyanı yerinə yetirməyə gəlir və onu yerinə yetirdikdən sonra ölə bilər. Ölüm mələkləri var. Onlar gəlib insanları yoxlayırlar və bəzən güzəştə gedib ölümü təxir salırlar (qəribə və gülməli gəldi mənə). Filmdə Şinaqami Çiba adlı ölüm mələyi təsvir olunub. O yağış yağarkən yerə enir və toxunuşla öldürə bilir. Musiqini çox sevir və sevimli sualı: “ ölüm haqqında nə düşünürsünüz?”dür. Daha sonra yaşamağa davam etsin yoxsa ölsün qərarını verməzdən qabaq o insanı bir neçə gün öz qəribə itiylə izləyir. Sonra qərarını verir. Özünəməxsus soyuqqanlılığı və yaraşıqlılığı xoşuma gəldi.

Takeşi Kaneşiro adlı aktyorun performansını bəyəndim. Ümumiyyətlə hər nə qədər Yapon aktyorları və ya Şərqi Asiya aktyorları zəif və ya orta performans sərgisələr də mənə xoş gəlir. Filmdən həzz və zövq almağıma mane ola bimir. Səbəbini bilmirəm.

Filmi izləyərkən diqqətli olmağı məsləhət görürəm. Diqqətlə və səbrlə hər epizodu başa düşüb, yadda saxlasanız filmdən yaxşı təəsürat alarsız. Son olaraq şəxsi qiymətləndirməm 10 üzərindən 6-dır və orta səviyyəli film hesab edirəm. Mənə qalan əsas bir musiqi parçası oldu. Aşağıda var. Dinləyin. Bəlkə bəyəndiniz. 

Comments

  1. gozel film idi. meleklerin vaxt verme olumu erteleme kimi bir ozeklikleri yoxdur eslinde. Bunu suphesiz Allah teyin edir. maraqli filmdir. ama sadece maraqli. her insan olerken olume hazir olmaya da biler. bu fikri beyenirem ki olum bize nece yasadigimizi gosterecek. insan yasadigi kimi olur deyirler. heralda bunu olmeden bile bilmeyecem. melekler gunahsiz varliqlardir. onlar mencee cooox gozell olarlarr. :-) film gozel teessurat verdi bir qeder de dusundurdu. bes menim missiyam nedir deye. dunyaya geldiyime gore yeqin ki bir anlami vardir. Allah biler. insAllah xeyirli heyat kimi xeyirli olum nesib olar.

    ReplyDelete
    Replies
    1. Bəli mənim missiyam nədi? Bəyəm insan digər canlılara nisbətən missiyası çox qeyri-müəyyənn olan varlıq deyilmi? məsələn arı: o bitkidən bitkiyə, çiçəkdən çiçəyə uçub onları tozlandırır, bal kimi min bir dərdin dərmanını düzəldir və s. Arı kimi bir çox digər canlılar da var amma rıya xüsusi hörmətim var. İnsanın missiyası nədi? axı bu çox vacib bir şeydi. varlığımıza təsəllidi, öləndə hesabtdı. Bəşəriyyətin inkişaf etməsində əsas rol özlərindən güzlü insan yetişdirmək dayanır. Məncə istedadlı, savadıl, tərbiyəli, əxlaqlı bir sözlə bütün müsbət xüsusiyyətlərin zirve yaptığı və sözüm yumşaq mənasında çatışmazlıqların aradan qaldırılması insanın missiyası ola bilər. sevdiklərini qorumaq, öyrətmək, dəstək olmaq, bəlkə də adicə yoldan keçən insanna gülümsəmək belə missiya ola bilər. Mən bu mövzuda ibtidai fikirlər söyləsəm də bəlkə də missiyamız missiyamızı tapmaqdır və beləcə də əbədi missiya axtarışındayıq. Allah qəlbi təmiz insanlara və niyyəti xoş olanlara həmişə asanlıq versin bu işdə İnşallah

      Delete
  2. eslinde bunun cavabi var qebul etmekde cetinlik cekse bele coxlarimiz. Allah cinleri ve insanlari mene ibadet etsinler deye yaratdim demirmi Kainatin kitabinda. missiyamiz seytana ve oz nefsimize qarsi savasmaqdir. her ne olursa olsun tertemiz bir qelbe sahib olmaqdir. ama nece savasmaq bunu ozumuz tapmaliyiq

    ReplyDelete
    Replies
    1. doğrudur biz yuva qurarkən, övlad yetişdirərkən hətta valideyinimizlə ünsiyyət saxlarkən belə öz nəfsimizlə mücadele etməliyik. missiya mücadele etmək deməkdir

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi