İnsan və ətraf mühit

Uşaqlıq dövrü – Biz digər canlılarla nisbətdə çox daha az inkişaf etmiş formada dünyaya gəlirik. Məsələn atın balası daha ilk gündə qaçmağa başlasa da, biz nevroloji kordinasiyalarımızı (əzələ gücü, görmə fokusu,tarazlıq və s.) inkişaf elətdirmək üçün 18 - 24 ay vaxt lazım olur. Başqa sözlə bizim inkişafımız üşün fiziki mühit çox vacibdir. Burda da söhbətimizə neyro – Darvinizm qoşulur. Onun ideyası çox sadədir. Lazımi informasiyaları qəbul edən neyronlar optimal inkişaf edir. Qəbul etməyənlər isə ya inkişaf etmir ya da müstəqli və natamam inkişaf edir. məsələn uşağı 5 yaşına qədər qaranlıq otaqda saxlasaq onun görmə sinirləri atrafiyaya məruz qalır və uşaq kor olur.
Yaddaş – İki tip yaddaş var. Birincisi dəqiq yaddaşdır ki, onun əsas funksiyası həyatımızda baş verən müxtəlif hadisələri, detalları yaddaşda saxlamaqdır. Beynimizin Hippocampus adlı hissəsi 1 yaş yarımdan etibarən inkişaf etməyə başlayır. Bu hissə yaddaşda olan xatirələrin şifrələnməsi və izahı ilə əlaqədardır. Ikincisi emosional yaddaşdır. Bu insan həyatında baş verən və onun üçün çox əhəmiyyətli olan hadisələrlə əlaqədardır. Emosional yaddaş uzun zaman dilmində bir çox nəticələrə səbəb olur. Məsələn məhz bu yaddaşın köməkliyi ilə insanlar uşaqlıqda aldıqları psixoloji travmalar nəticəsində gələcəkdə qəddar qatil, narkoman ya da təcavüzkar olurlar.
Fiziki əlaqə - Bəzən uşaqlar vaxtında tez dünyaya gəlirlər və ya dünyaya gələrkən uzun müddət qapalı inkubatorlarda saxlanırlar. Sübut olunub ki, gün ərzində 10 dəqiqəlik bu uşaqlara sığal çəkilməsi onların beyinlərinin inkişafına səbəb olur. İnsan toxunuşu insan inkişafı üçün çox vacibdir. Bəzən bəzi insanlarda belə fikir hakim olur ki, uşaqları çox qucaqlamaq, ağlarkən qucağa götürmək ziyanlıdır amma əslində isə bu tamamilə yanlışdır.
Həyatın ilk illəri, ilk təcrübələr – ataların qəzəbi və anaların depressiyası ilə uşaqlar həyat təcrübəsi ilə əlaqədar informasiya qəbul edirlər. Bu onların inkişafında mühüm rol oynayır. Sizi gözləyən dünya haqqında məlumatları biz uşaqlıqda qəbul edirik. Uşaqlıqda şahidi olduğumuz mübahisələr, bizə ayrılan zaman bizə bu dünya haqqında ip ucları verir. Əgər uşaq öz məqsədləri uğrunda qəddarcasına mübarizə aparan insaların içində doğulursa o digərlərinə inanmamağı və müdafiə olunmağa öyrənəcək. Yox əgər qarşılıqlı ünsiyyət və əməkdaşlıq dolu mühitdə doğulursa o uşağın inkişafı tamam başqa yöndə olacaqdır. Valideyinlər bu kimi amilləri çox vaxt anlamırlar. Məşhur Britaniyalı pediatr Vinidok deyir: “Uşaqlıqda iki şey sıradan çıxa bilər. Birincisi lazım olmayan şeylər baş verə bilər. İkincisi lazım olan şeylər baş verməyə bilər”. Birincisinə narkomaniya və lazım olmayan insanlarla ünisyyəti aid etmək olar. Ikincisi isə uşaqlıqda uşaqlara ayrılmayan vaxt və qayğıdan uzaqlıq göstərilə bilər. Yəni tərbiyəvi sfersada uşaqlarla valideyinlər stres səbəbindən uzaq düşürlər və psixoloq Alan Shoe buna yaxın təcridolma deyir (proximal abandonment). Yəni valideyinlər fiziki olaraq yaxınlıqdadırlar amma emosional cəhətdən sanki heç yoxdurlar.
Los Ancelesdə Kaliforniya universitetinin araşdırmacı və psixiatrı Daniel Seagle, şəxsiyyətlərarası neyrobiologiya (international neurobilology) terminin izah edir. Bu terminin mənası odur ki, bizim sinir sistemimizin işlədiyi prinsip bizim şəxsi əlaqələrimizlə birbaşa əlaqəlidir. Birinci növbədə bu tərbiyəçidən, ikinci növbədə həyatımızın əlaqəli olduğu insanlardan, üçüncü isə öz daxili mədəniyyətimizdən aslıdır.
Yazı "Zamanın Ruhu" adlı sənədli film əsasında hazırlanmışdır. Bu kiçik yazıda sizi bəzi mühüm terminlərlə tanış etmək istədim. Diqqətinizə görə təşəkkürlər.
Comments
Post a Comment