Biutiful


Xaviyer Bardem bəyəndiyim aktyorlardandır. Oynadığı rollar onu Hollivudun ən yaxşıları sırasına daxil edib. Filmi də ona görə izlədim. Razı qaldım. İlk dəqiqələrindən – “belə filmlər çoxdu da” fikri hakim olsa da ortalarına doğru fikrimi dəyişdim. Filmi bir neçə açar sözlə qısaca təsvir edsək: ölüm, vicdan əzabı, uğursuz həyat yoldaşı. 150 dəqiqəlik film olsa da sıxılmadım. Son vaxtlarda bir çox filmə baxmışam və bir çoxu da vaxt itkisi olub deyə bilərəm amma bunu bu filmə aid etmirəm.

Yaxşı, dərin və tragik bir film. Filmin əsas obrazına diqqət etsək məncə filmlə maraqlananlara da yaxşı olar. Filmin baş obrazı qeyri-qanuni miqrantlardan pul toplayan və eyni zamanda onları polislərdən, dövlətdən, deportasiyadan qoruyan qoruyucu mələk, eyni zamanda adi insanlardan fərqlənən – ruhları görməyi bacaran Uqzbaldır. Filmin əsas motivlərindən biri də onun xərçəngə tutulmasıdır. İki az yaşlı uşağının olması vəziyyəti qəlizləşdirir və güclü finala səbəb olur. Finalda Uqzbalın qayğısına qaldığı bir miqrantın arvadı onun uşaqlarına da sahib çıxır. Öz həyat yoldaşı əsəb xəstəsi, qardaşı isə axmağın birisidir. Burda da bir hikmət var gördüyümüz kimi dostlar.

Bəs filmin adı niyə belədir? Beautiful, biutiful. İngiliscədən tərcümədə gözəl deməkdir. Qızı ona bu sözlə əlaqədar sual verir və düzgün yazılışını bilmək istəyir. Əsas olansa bu dünyada gözəlliyin getdikcə azalmasıdır. Filmdə ağır həyat şərtləri təsvir olunub. Rahatca deyə bilərəm ki, filmdə gözəl olan Uqzbalın uşaqlarına olan sevgisi və kimsəsizə sahib çıxmasıdır.

Son olaraq film Maksim Qorkinin – Dibdə (На дне) pyesini xatırladır harda ki, orda hamı ümidini itirib və hamı ölüb. Baş qəhrəman robota çevrilib və reallığı hələ də görmək istəyir. Filmi düşünən insanlar auditoriyasına məsləhət görürəm. Həyatı hər dəqiqə, hər an qiymətləndirmək və qorumaq lazımdır. 




P.S. Yazı şəxsi fikirlərim və kinopoisk.ru saytının müvafiq film üzrə tamaşaçı şərhləri əsasında hazırlanmışdır.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi