Filmlərdə strategiya


Elə filmlər var ki, biz orada çox yüksək strategiyalarla qarşılaşırıq. Aşağıdakı filmlərə baxarkən mən çox heyrətlənmişəm. “Artıq hər şey bitdi” fikrini beynimdə ora-bura çevirərkən, əslində hər şeyin böyük və çox ağıllı strategiyanın bir parçası olduğunu görürsən. Nəticə olaraq da bir xeyli müddət bunun haqqında düşünürsən. Aşağıdakı filmlər sadəcə mənim deyil, bir çox insanın bəyəndiyi və ən əsası çox əla düşünülmüş strategiyanın mövcud olduğu filmlərdir. Siz də əgər maraqlı və heyrətləndirici strategiyaları sevinirsinizsə məncə sadalanan filmlər sizə kömək olacaq. Sayıları çoxdur sadəcə mən ən çox bəyəndiklərimi yazıram.

The İllusionist –  Bu mənim “hamıyaməsləhətgördüklərim” kateqoriyasına daxil etdiyim filmlərdəndir. Sevgi,yalan, illuziya, yalan, illuziya və sevgi çəmbəri. Kifayət qədər çətin süjet xətti olsa da sonluq silkələyicidir. Strategiyanın gücü bax budur. Onun da təməlində yüksək zəka dayanır. Yaxşı düşünülmüş strategiya eyni zamanda tayı bərabəri olmayan illuziya ola bilər. Edvard Norton elə belə rolları ifa edən aktyor deyil (Amerika tarixi X, Döyüş klubu və s.). 9/10

Vidock – Film haqqında çoxdan bilirdim. Bu yaxınlarda baxdım və olduqca maraqlı, fərqli rakuslarda çəkilmiş və müəyyən qədər də qəddar səhnələrlə rastlaşdım. Filmin mənası, motivi və ya süjet xətii çox sadədir. Jerar Depardye xəfiyyə Vidoku əla performansla bizlərə çatdırdı. Orta əsrlər Parisi. Güzgü maska taxan kimyəgər adlı qatil. Güzgü maska ideyası çox xoşuma gəldi. Həm orta əsrlər həm də müasir həyatımıza uyğun gəlir. Stilli bir əsərdi. Ən əsası isə super strategiyaya şahid ola bilərsiniz. 8/10

Devil’s advocate – şeytanın insanları öz tərəfinə çəkmək üçün əla strategiyalar qurması bu filmdə yaxşı təvsir olunub. Yəni çox ağıllıca, yüksək səviyyəli strategiya olmasa da özünə görə kifayət qədər yaxşı hesab oluna bilər. Əsas iki obraz var: Kevin və Şeytan. Onların filmin sonundakı dialoqunu heç vaxt unuda bilmirəm: Şeytan: Ben bir kuklacı değilim Kevin. Bir şeylerin olmasını sağlamam. İşler bu şekilde işlemez. Özgür irade tıpkı kelebek kanatlarına benzer. Bir kere dokundun mu bir daha yerden havalanamazlar. Hayır. Ben sadece sahneyi hazırladım. Kendi iplerini kendin kontrol ediyorsun (başqa sözlə strategiyanı qurdu. Strategiyanın nə və necə olduğunu filmə baxmaqla öyrənə bilərsiz). 9/10

The Prestige – Yəni bu film haqqında nəsə yazmağa ehtiyac var ki? Ancaq və ancaq özünüz baxmalısınız. Burda bir-iki cümləylə izah ediləsi və ya təsvir ediləsi bir şey deyil. Sadəcə baxın və həzz alın.Kristofer Pristin kitabı əsasında Kristofer və Conatan Nolan (bu adlar çox şeydən xəbər verir əslində) qardaşlarının çəkdiyi əsrarəngiz bir film (Nədənsə əksər qardaşların çəkdikləri film və ya yazdıqları kitablar çox uğurlu alınır). Qanlı rəqabət nələrlə nəticələnə bilər? (Bəlkə də bunu müharibə adlandırmaq lazımdır) “Hər bir fokus üç hissədən ibarətdir: Birinci hissə yem adlanır. Ikinci dəyişiklik. Hələ bu hamısı deyil. Ən çətin üçüncü hissə də var. Biz onu Prestij adlandırırıq” Sözün həqiqi mənasında əla bir film. 9/10



Comments

  1. Bir xahiş etmək istərdim ki , şriftləri böyük və bold ilə yazasız,o zaman oxunaqlı olur,belə olanda oxunaqlığı kölgədə qalıR.. ümumilikdə blog superdi ..

    ReplyDelete
    Replies
    1. təşəkkür edirəm. şrift məsələsi mənim yaralı yerimdi. Blqou təzəcə açanda şriftlə əlaqədar bloggerdə problemlərim oldu. ona görə facebook notelərində yazıb sonra bura copy paste edirəm. kiçik olduğunu biulirəm amma zənnimcə oxunaqlıdır. Yeənə də feedbackə görə təşəkkürlər

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi